08:52
350
Vaşinqton administrasiyası hazırda Kubaya münasibətdə növbəti addımların bütün variantlarını, o cümlədən hərbi əməliyyatları nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Panamada jurnalistlərə ABŞ-nin Müdafiə naziri Piti Heqset bəyan edib.
"Bütün variantlar, o cümlədən hərbi addımlar nəzərdən keçirilir", — deyə o, ABŞ tərəfindən Karib respublikasına qarşı hərbi əməliyyatların keçirilməsi imkanı haqqında suala cavab verərkən bildirib. "Kuba üçün ABŞ Prezidenti Donald Trampın əsas Amerika strateji maraqlarını müdafiə etmək hazırlığını nəzərə almaq ağıllı addım olardı". Heqset həmçinin qeyd edib ki, ABŞ-nin Kubaya qarşı növbəti addımları üçün "çoxlu variantları" var.
Məryəm Quliyeva