
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladığı gün sosial şəbəkə səhifəmdə "Ukrayna Rusiyaya məzar olacaq" deyə bir söz söyləmişdim. Və həqiqətən də bu belə oldu.
Ukrayna xalqı özü seçim edərək Avrointeqrasiyaya üstünlük vermişdi. Və bu xalqın seçimini hər hansı bir dövlət mübahisələndirə və ya ona qarşı çıxa bilməzdi. İnsan doğuşdan inkişafa meyillidir. Ukrayna xalqı da inkişafa, yeni dünyaya üstünlük verirdi.
Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.
Qərb Ukraynanın bu haqlı savaşında onun yanında yer aldı. Və Rusiya bilə-bilə özünü məhvə sürüklədi. Qərb Rusiya əsgərinin günorta və axşam saatlarında aldığı qidanın kalorisindən belə xəbərdardı. Və belə olan təqdirdə Rusiya bu işğalçı müharibədə məğlubiyyəti özü sığortalamış oldu" - o, qeyd edib.
Politoloq bildirib ki, Ukrayna mövcud müharibədə ağıllı taktika sərgiləyərək qarşı tərəfin logistiksını, enerji resurslarını, zəif Rusiya iqtisadiyyatını bu və ya digər formada ayaqda tutan fabrik və zavodlarını hədəf aldı və bu gün də alır. Və Rusiya kimi nəhəng bir hərb maşınını bu formada dizə gətirir...
Bu, hazırda Ukraynanın müharibədə tətbiq etdiyi ən mühüm strategiyalardan biridir. Hətta 2026-cı ildə bu strategiyanın miqyası əvvəlki illər ilə müqayisədə xeyli genişlənib. Ukrayna yalnız neftayırma zavodlarını deyil, bütöv bir enerji-logistika zəncirini hədəfə alır:
Neftayırma zavodlarının vurulması – benzin, dizel, aviasiya yanacağı istehsalını azaltmaq üçün nəzərdə tutulub.
Neft terminalları və limanlarının vurulması– Rusiyanın neft ixracından gələn valyuta gəlirlərini məhdudlaşdırmaq üçün.
Neft anbarları və yanacaq bazalarının vurulması– ordunun yanacaq təminatını çətinləşdirmək üçün.
Neft kəmərləri və nasos stansiyaları – xam neftin zavodlara və ixrac terminallarına hərəkətini pozmaq üçün.
Hərbi logistika mərkəzləri, dəmir yolu və təchizat infrastrukturlarının vurulması isə – cəbhəyə silah, sursat, yanacaq və texnika çatdırılmasını ləngitmək üçün nəzərdə turulub:
"Məsələn, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Rusiyada 13 neft-qaz infrastrukturu obyektinə zərbə endirilib. May ayında Moskva ətrafındakı neft emalı və yanacaq-logistika obyektləri də hədəfə alınıb.
Daha maraqlısı isə zərbələrin coğrafi dərinliyidir. Ukrayna artıq yalnız sərhədə yaxın Krasnodar və Rostov istiqamətlərini deyil, Rusiyanın dərinliklərindəki obyektləri də vurur. İyun ayında Yaroslavldakı strateji yanacaq ehtiyat anbarına 700 km-dən artıq məsafədən zərbə barədə Ukrayna tərəfi məlumat yayıb. Və bu gün — 12 avqust 2026-cı ildə yayılan məlumatlara görə, isə Ukrayna Rusiyanın Orsk neftayırma zavodunu, Ukrayna sərhədindən təxminən 1.500 km məsafə uzaqlıqda vurub.
Burada əsas məsələyə gəlincə isə... Fikrimcə, bunu sadəcə "neft zavodlarını bombalama kampaniyası" kimi görmək düzgün olmaz. Daha böyük strateji məntiq belədir: neft, emal, yanacaq, logistika, ordu...
Bu zəncirin bir neçə halqasını eyni vaxtda zəiflətmək Rusiyanın müharibəni maliyyələşdirməsinə və cəbhədəki qüvvələrini təmin etməsinə çox ciddi şəkildə təsir göstərə bilir.
Ancaq bir mühüm məqam da var: bu, hələ Rusiyanın enerji sisteminin çökdüyü anlamına gəlmir. Karneqi fondunun iyun analizində də vurğulanır ki, Rusiya neft sektoru ciddi zərbələr alsa da, o hələ də "sındırılmış" vəziyyətdə deyil. Moskva təmir və istehsalı başqa zavodlara yönəltmək və ehtiyatlardan istifadə etməklə təsirləri kompensasiya etməyə çalışır.
Bu alınacaqmı??? İnanmıram.
Və çox yaxın gələcəkdə bizlər Rusiyanın sözün əsl mənasında diz çökəcəyinə şahidlik edəcəyik!".
Cavid