ÜST: Yəməndə hərbi gərginlik səbəbindən həlak olanların sayı 838-ə yüksəldi Dünya

ÜST: Yəməndə hərbi gərginlik səbəbindən həlak olanların sayı 838-ə yüksəldi

Yəməndə daxili münaqişənin kəskinləşməsindən sonra həlak olan sakinlərin sayı 838 nəfərə yüksəlib, daha 4,4 min nəfər isə xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən "Associated Press" agentliyi xəbər yayıb.

Sentyabrın 22-də ÜST avqust ayının əvvəlindən bəri 674 nəfərin həlak olduğunu, 3 min nəfərin isə yaralandığını bildirmişdi. Münaqişənin daha da gərginləşməsi fonunda qurbanların sayı artmaqda davam edir.

Məryəm Quliyeva