13:31
763.jpg)
Roma Papası XIV Lev növbəti dəfə Ukraynadakı müharibəni başa vurmaq üçün sülh danışıqlarına çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Die Zeit" məlumat yayıb.
"Biz Rusiya, Ukrayna və digər ölkələrin dövlət və hökumət başçılarını görüşməyə, bir masa arxasında əyləşməyə və bir-birləri ilə danışmağa çağırmalıyıq", - deyə Papa Fransadan Vatikana qayıdarkən bildirib.
O, həmçinin silahlanma yarışından imtina etməyə və "artıq heç bir mənası olmayan müharibələrdə israr etmək əvəzinə, bu problemlərin həllini axtarmağa" çağırıb.
"Biz bu nəhəng hərbi sənaye üçün böyük məbləğlər xərcləyirik: bu, kiçik bir elitanın müharibələri qızışdırmaq hesabına nəhəng mənfəət əldə etdiyi bir sənayedir. Hərçənd bu milyardlarla avro və ya dollar dünyadakı aclıq, mənzil böhranı və işsizlik kimi problemlərin həllinə istifadə oluna bilərdi", - deyə XIV Lev vurğulayıb.
Xatırladaq ki, bu günlərdə Vatikan xüsusi nümayəndəsi Ukrayna üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edir.
Məryəm Quliyeva