Rütte: Avropa müdafiəyə daha çox investisiya qoymalıdır Dünya

Rütte: Avropa müdafiəyə daha çox investisiya qoymalıdır

NATO-nun Baş katibi Mark Rütte Avropanın hərbi müəssisələrində baş verən bir neçə fövqəladə hadisə fondunda alyans ölkələrini təmkinli olmağa və Litvadan nümunə götürərək müdafiəyə ayrılan vəsaiti artırmağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rütte Litvanın Baş naziri Mindauqas Sinkeviçus ilə NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Sakitliyi qoruyun və Litvanın etdiyi kimi müdafiəyə daha çox investisiya yatırmağa davam edin", - deyə vurğulayıb.

NATO Baş katibi Avropa siyasətçilərinin müdafiə müəssisələrindəki fövqəladə hadisələrlə bağlı narahatlığı haqqında suala bu cür cavab verib.

Son aylarda Avropanın bir neçə hərbi müəssisəsində, xüsusən də Bolqarıstan, Slovakiya, İtaliya və Polşada partlayışlar və ya yanğınlar baş verib.

Məryəm Quliyeva