Ruhaninin Bakı səfəri çərçivəsində hansı sənədlər imzalanacaq? Siyasət

Ruhaninin Bakı səfəri çərçivəsində hansı sənədlər imzalanacaq?

"Bakıya səfər çərçivəsində Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair sənədlər imzalanacaq və neft-qaz sahəsində əməkdaşlıq üçün digər razılaşmalar əldə olunacaq".
Bunu Türkmənistana səfərə gedən İran prezidenti Həsən Ruhani Tehran hava limanında deyib. H. Ruhani bildirib ki, bu səfərlər Azərbaycan və Türkmənistan prezidentlərinin rəsmi dəvəti ilə baş tutur və onların Tehran səfərinə cavab səfərdir: "Səfər çərçivəsində hər iki ölkə ilə ikitərəfli əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Yeni günəş ilinin başlanğıcında ilk xarici səfərimi iki dost və qonşu ölkəyə etdiyim üçün şadam. Bu iki ölkə ilə həm dəniz, həm də quru sərhədlərimiz var. Ticarət əlaqələri ilə yanaşı, regional tranzit, cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi məsələsi çox önəmlidir ki, bu haqda da danışıqlar aparılacaq".
H. Ruhani deyib ki, məqsəd bu iki ölkə vasitəsilə Qafqaz ölkələri ilə ünsiyyət yaratmaqdır: "Hazırda Sərəxs və Astara dəmir yolları xətti ilə əlaqələr var. İki layihə üzərində də iş gedir".