“Ermənilər heç Ermənistanda öz müqəddəratını həll edə bilmir...” Siyasət

“Ermənilər heç Ermənistanda öz müqəddəratını həll edə bilmir...”

Qüdrət Həsənquliyev: "...İşğal altındakı Azərbaycan torpaqlarında necə edəcək?"

Bakıda keçirilən NATO Parlament Assambleyasının seminarında Azərbaycan nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyanın Azərbaycanı məğlub ölkə adlandırması və Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmağa çağırmasına çox sərt cavab verib.
APA-nın xəbərinə görə, azərbaycanlı deputat qeyd edib ki, erməni tərəfi Azərbaycanın səbri ilə oynayır: "Birdəfəlik anlayın ki, Azərbaycanın ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verilməyəcək. Əmin olun ki, bir gün rus raketi sizin arxanızdan çəkiləcək və siz separatçı rejiminizi yadınıza belə sala bilməyəcəksiniz, Azərbaycan torpaqlarını dərhal qaytaracaqsınız".
Q. Həsənuliyev erməni deputatların tez-tez "ermənilərin öz müqəddəratını təyin etməsi" tələblərinə də cavab verib: "Heç Ermənistanın özündə ermənilər öz müqəddəratını həll edə bilmir, işğal etdiyiniz Azərbaycan torpaqlarında necə həll edəcək?.."