Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib Siyasət

Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.
Bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.
Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb.
Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.
Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.