Qaçqın statusu əsasında yaşayanlar kimlərdi? Siyasət

Qaçqın statusu əsasında yaşayanlar kimlərdi?

"Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 75 nəfərdir. Qaçqın statusu əsasında yaşayan şəxslər əsasən Pakistan, Əfqanıstan və İran vətəndaşlarıdır".
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, bu ilin iyulun 1-nə olan məlumata görə, ölkəmizdə 32 648 nəfər müvəqqəti, 11 288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.
V. Hüseynovun sözlərinə görə, hesabat dövründə DMX-ya vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13 341 müraciət daxil olub.
DXM rəisi qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib: "Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir".
Xidmət rəisi qanunsuz əmək fəaliyyəti sahəsinə də nəzarətin gücləndiriləcəyini vurğulayıb.