“Azərbaycana qarşı ikili standartlar davam edəcək” Siyasət

“Azərbaycana qarşı ikili standartlar davam edəcək”

"Beynəlxalq təşkilatlar Azərbaycanda siyasi, iqtisadi, hərbi və digər sahələrlə bağlı neqativ heç nə tapmayanda üzlərini humanist məsələlərə tutaraq ölkəmizə qarşı bu cür vasitələrdən istifadə etməyə çalışırlar. Bu əlbəttə ki, ikili standart yanaşmadır". Bu fikirləri siyasi şərhçi Arzu Nağıyev qərəzli beynəlxalq təşkilatların Mehman Hüseynovla bağlı məsələləri gündəmdə saxlamağa cəhd etməsinə münasibət bildirərkən deyib.
Azərbaycan qarşı ikili standartların davam edəcəyini deyən siyasi şərhçi söyləyib ki, nə qədər ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr var, ikili yanaşmalar da davam edəcək: "Əgər başqa ölkələrdə belə hallar baş verərkən heç kim səsini çıxarmırsa, lakin Azərbaycanda kiçik bir hadisəyə siyasi rəng verilirsə, dəmək ki burada məqsəd ölkəmizin uğurlarına kölgə salmaq, nüfuzuna xələl gətirməkdir".
A.Nağıyev qeyd edib ki, indiyədək Azərbaycan qarşı dəfələrlə qərəzli addımlar atılıb, lakin heç bir təşkilat, beynəlxalq dairə bu istiqamətdə istəyinə nail ola bilməyib: "Çünki, Azərbaycan cəmiyyəti artıq bu cür yalanlara inanmır və qarayaxma kampaniyalarının məqsədlərini anlamaq iqtidarındadır ".