“Qorbaçovun cinayətkar səhlənkarlığına hüquqi qiymət verilməlidir” Siyasət

“Qorbaçovun cinayətkar səhlənkarlığına hüquqi qiymət verilməlidir”

"20 Yanvar keçmiş Sovet rəhbərliyinin cinayətkar səhlənkarlığı və cinayətkar məsuliyyətsizliyinin nəticəsidir".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında siyasi ekspert Qriqoriy Trafimçuk deyib.
"20 Yanvar müstəqil Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsidir. 20 Yanvar faciəsi Tiflis və Vilnüs arasında durur. Bu üç faciə keçmiş sovet rəhbərliyinin cinayətkar səhlənkarlığı və cinayətkar məsuliyyətsizliyinin nəticəsidir. Mixail Qorbaçova sual verəndə ki, Bakıda nə baş verir? Cavab belə olurdu: "Mən hadisələrdən xəbərsizəm. Gərək, komissiya yaradaq". Ona görə də bununla bağlı danışmaq yox, həll etmək lazımdır. Qorbaçovun SSRİ rəhbər olduğu dövrdəki cinayətkar səhlənkarlığına hüquqi qiymət verilib məsuliyyətə cəlb olunmalıdır", - deyə Q.Trafimçuk bildirib.
Siyasi ekspert həmçinin qeyd edib ki, yazdığı "Otkrıvay Azerbaydjan" kitabını Şəhidlər xiyabanını ziyarətlə başlayır: "Ona görə də bu tarixi faciənin Azərbaycan xalqı üçün mənasını daha aydın başa düşürəm. Azərbaycan keçmiş SSRİ-nin süqutuna səbəb olmadı. Bakı qəlbinə vurulan bu zərbədən sonra məcburi şəkildə sovetləri tərk etdi. Mən Azərbaycan xalqına başsağlığı verirəm. 20 Yanvar faciəsindən sonra qəbir üstunə qoyulan qara mərmər daşlar Azərbaycanın müstəqillik yolunun başlanğıcı olub. İndi də müstəqil Azərbaycan inkişaf etməkdədir".