Yerevanla Moskva arasında ciddi problemlər var? Siyasət

Yerevanla Moskva arasında ciddi problemlər var?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlılığı olan "Stratfor" analitik mərkəzi 2019-cu ildə Ermənistanla Rusiya arasında münasibətlərin gərgin qalacağını proqnoz verib.
Agentlik xəbər verir ki, mərkəz Yerevanla Moskva arasında siyasi və iqtisadi sahədə ciddi fikir ayrılıqlarının olduğunu ehtimal edir.
"Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs olunması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun geri çağırılması Moskvanın ciddi narazılığına səbəb olub. Amma Yerevan və Moskva arasındakı siyasi problemlərə iqtisadi xarakterli problemlər də əlavə olunub"-deyə "Stratfor" yazır.
"Stratfor"-un fikrincə, İran, Türkiyə və Rusiya situasiyadan istifadə edərək Rusiyanın Qafqazdakı mövqelərini zəiflədəcək.