8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
19 İyun 2019 12:26
1 701
Minimum əməkhaqqının 250 manata qaldırılması vətəndaşlarımızın sosial vəziyyətində müsbət dönüş yaradacaq.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin əmək haqlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlara münasibət bildirən millət vəkili Sevinc Hüseynova deyib. O bildirib ki, İlham Əliyevin apardığı siyasətin mərkəzində hər zaman vətəndaşın sosial durumunun və rifahının yaxşılaşdırılması dayanır:
“Prezident İlham Əliyev bu ilin fevralında minimum əmək haqlarının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncam vermişdi. Qısa müddət ərzində bu rəqəmin 250 manata qaldırılması vətəndaşlarımızın maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış ən əhəmiyyətli addımdır. Minimum əmək haqqıyla bağlı imzalanan sərəncam özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə şamil olunacaq. Bundan başqa dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılmasıyla bağlı elə həmin gün imzalanan sərəncamlar ümumilikdə 2 milyon vətəndaşımızı əhatə edəcək. Onların maaşının 50 faizə qədər artırılması İlham Əliyevin yürütdüyü sosial siyasətin inqilabi xarakter daşıdığını və dövlətin vətəndaş üçün olduğunu bir daha sübut edir. Prezident hər zaman sosial siyasətə böyük önəm verdiyi üçün bu istiqamətdə bir sıra sərəncamlar verir və verməkdə də davam edir”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev əmək haqlarının artırılmasıyla bağlı 15 sərəncam imzalayıb.