ABŞ diplomatı: Tiflis-Bakı mübahisəsini kim yaradıb? Siyasət

ABŞ diplomatı: Tiflis-Bakı mübahisəsini kim yaradıb?

Rusiyanın Gürcüstanda iqtisadi təsiri artır.
Axar.az xəbər verir ki, bunu “Poqraniçnaya Zona” proqramına müsahibəsində Bayden Mərkəzinin rəhbəri, ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin eks-müavini Maykl Karpenter deyib.
“Rusiyanın iqtisadi təsirinin artması bir tərəfdən yaxşıdır. Xarici investisiyaların artması, ticarət dövriyyəsinin yüksəlməsi, turizmin genişlənməsi Gürcüstan iqtisadiyyatı üçün daha çox puldur. Bununla bərabər isə strateji risklər yaradır. Rusiya burada ərazilərin böyük hissəsini alır, fərqli strateji vacib şirkətlər əldə edir. Bunlar maliyyə və infrastruktur sektorlarına aid şirkətlərdir. Buna risklərin mövcudluğu nəzərə alınaraq, lazımi qiymət verilməlidir, ona görə ki, 10 il sonra Gürcüstan üçün hər şey gec ola bilər. Gürcüstana və onun rəhbərliyinə Rusiyadan iqtisadi təsir o qədər güclü olacaq ki, suverenliyi saxlamaq çox çətin olacaq”, – deyə o bildirib.
Karpenterin sözlərinə görə, Rusiyanın elektrik təminatı sahəsində Gürcüstanda investisiyalarını artırması doğru deyil, bu, zamanla Gürcüstan hökumətinə təsir üçün vasitə olacaq.
Karpenter həmçinin hazırda Gürcüstanın ABŞ-ın gündəmində olmadığını və bunun Ağ Evin indiki administrasiyasının xarici siyasətindəki dəyişikliklərlə bağlı olduğunu qeyd edib.
Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan Karpenter iki ölkə arasında yaranan mübahisələrin təhlükəli oluğunu deyib:
“Strateji baxımdan Gürcüstan-Azərbaycan münasibətlərindəki ikitərəfli mübahisələrdən heç bir fayda götürmək mümkün deyil. Bu, süni yolla yaradılıb. Bu, Gürcüstan üçün tamamilə ziyanlıdır. Eyni şeylər sağçıların Tiflisdə LGBT əleyhinə olan aksiyalarına da aiddir.
Ən böyük problem Rusiya, xüsusilə də FTX-dir. Onlar LGBT mövzusunu sevirlər, çünki bu, Gürcüstan cəmiyyətinə təsir edib, onun Rusiyaya məxsus olduğunu söyləmək üçün əla mövzudur. Mən demirəm ki, bu qrupların arxasında Rusiya dayanır, amma Kreml bu proseslərdən sadəcə udur. Bu, Gürcüstan, onun avroatlantik perspektivi üçün pisdir. Eyni hədəf Ermənistanla Azərbaycan arasında mövcuddur. Bütün bunlardan yalnız bir tərəf həqiqətən fayda götürür, bu da Moskvadır”.