Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
20 İyun 2019 19:05
2 506
Qüdrət Həsənquliyev: “Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidentin kadr dəyişikliyi üzrə bu gün imzaladığı sərəncamları yüksək qiymətləndirib. Millət vəkili yeni vəzifəyə təyin olunanları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb: "Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib. Məncə hamı qəbul edər ki, bu təyinatlar zamanı əsas kriteriya yuxarıda qeyd etdiyim keyfiyyətlər olub. Hamısını təbrik edirəm, xalqımızın rifahı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram. Ümid edirəm, kadr islahatları davam etdiriləcək, islahatlar genişləndiriləcək. Xeyirli olsun."