25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
26 İyul 2019 15:46
2 254
"Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi iki məqsədə yönəlib. Bunlardan birincisi provokasiya, danışıqlar prosesini pozmağa hesablanıb, ikincisi beynəlxalq aləmin nəbzini yoxlamaq məqsədi daşıyır". Bunu politoloq Elxan Şahinoğlu deyib. "Yəni onlar beynəlxalq aləmə belə təqdim etdirməyə çalışırlar ki, bu torpaqlar 20 ildən çoxdur işğal altındadır və bu ərazilər guya ermənilərə aiddir. Təbii ki, bu məsələlərə bizim kəskin reaksiyamız var. Azərbaycan Xarici İşlər Nazirliyinin də bu məsələyə reaksiyası oldu. Amma gərək ki, buna daha çox beynəlxalq aləm reaksiya versin. Azərbaycan XİN elə etməlidir ki, bu məsələyə beynəlxalq aləm, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu reaksiya versin. Minsk Qrupunun həmsədrlərinin özlərinin hazırladığı Madrid planına görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Düşünürəm ki, Azərbaycan XİN ancaq öz açıqlaması ilə kifayətlənməməli beynəlxalq təşkilatların, həmsədrlərin erməni separatçılarının bu açıqlamasına reaksiya verməsini təmin etməlidir"-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.
26 İyul 11:26
987
25 İyul 15:36
1 344
25 İyul 14:04
1 344