

Gələn il üçün sosial müdafiə və sosial təminat xərcləri açıqlanıb
Gələn il beynəlxalq münasibətlərə və xarici yardımlara ayrılacaq vəsait məlum olub
2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib
Vilayət Eyvazov narkotiklə mübarizənin gücləndirilməsini tapşırıb
DİN: Vətəndaş müraciətlərinə baxılmasına nəzarət gücləndirilir
Araik Kazaryan və Karen Kazaryanın Ermənistana qaytarılması məsələsi Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşün gündəmindədir.
Bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə açıqlamasında Azərbaycan XİN rəhbəri E.Məmmədyarovla görüş öncəsi deyib.
“Bizim müzakirənin gündəminə daxil olan uzun məsələlər siyahımız var. Bu məsələlər bir neçə problemlə məhdudlaşmır. Əslində mən dəfələrlə demişəm və əminəm ki, sizin hamınız gündəmi və bizim üçün daimi olan məsələlər siyahısını çox yaxşı bilirsiniz.
Mən güman edirəm ki, bu insanlar Ermənistana qayıtmalıdır, ona görə ki, bu, humanitar problemdir”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Araik Kazaryan və Karen Kazaryanla dəyişdirilməsi üçün müraciət edib.
Nazirlərin görüşü isə bu gün Nyu Yorkda baş tutub. Görüşdə nələrin müzakirə olunduğu açıqlanmayıb.