Müsavatçılar bir-birini saxtakar adlandırıb Siyasət

Müsavatçılar bir-birini saxtakar adlandırıb

Müsavat Partiyasının üzvləri arasında növbəti qalmaqal yaşanıb.

Aparat rəhbəri Gülağa Aslanlının facebook-da yazdığı statusun rəy bölümündə partiyanın Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbəri İlham Həsən Müsavatçı Qadınlar Birliyinin eks sədri, müsavatçı Tofiq Yaqublunun qohumu Alya Yaqublunu saxtakar adlandırıb.

Alya Yaqublu öz növbəsində İlham Həsənin ittihamına cavab verib: “Müsavat AKM-in sədri - adı Almaniyada 300 000 avro qazanc gətirmiş saxta arayış alverində hallanan, buna görə açılmış cinayət işində ittiham edilənlərdən biri olan İlham Həsən məni saxtakarlıqda ittiham eləyib. “Böyük maxinator” konkret hansı saxtakarlıqdan söhbət getdiyini açıqlamayıb, amma mən konkret yazıram - İlham Həsən mühacirlərə arayış paylayan dəstənin əsas üzvlərindən biridir. Onları müsavatçı kimi göstərə bilmək üçün Bakıya paçka-paçka üzvlük ərizəsi göndərən də odu. Yəni, Almaniya məhkəməsi nə yazıbsa, düz yazıb. Müsavata AKM-dən şikayətlər daxil olandan sonra bir neçə Divan üzvünün maliyyə şəffaflığı tələbini çox aqressiv şəkildə rədd eləyən də İlham Həsəndi. Mehdi Xəlilbəyliylə İlham Həsən nəyisə bölüşdürə bilməyəndə bu məsələ öz aralarında münaqişə mövzusuna çevrildi”.