BQP seçkiyə start verdi – 65 namizədlə Siyasət

BQP seçkiyə start verdi – 65 namizədlə

Bu gün Böyük Quruluş Partyası Ali Məclisinin iclası keçirilib. İclasda 9 fevral 2020-ci il tarixə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsəduyğunluğu haqqında qərar qəbul edilib.
Bu barədə Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, Ali Məclis üzvləri yekdilliklə partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanı 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüblər.
Məclisdə, həmçinin, ölkənin 65 seçki dairəsindən deputalığa namizədlər müəyyən edilib. Bununla yanaşı partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin edilib. Bu gün artıq Fazil Mustafanın seçki sənədləri 26 saylı Sabunçu birinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilib.