İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib Siyasət

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirilib, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.
Görüşdə həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə etdiyi iqtisadi uğurlar nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.