“Rusiya böyük problemlərlə üzləşə bilər” Siyasət

“Rusiya böyük problemlərlə üzləşə bilər”

“Rusiyanın güclü, müasir silahlara malik olduğu bir faktdır və bu, birmənalıdır. Lakin NATO Rusya ilə qarşıdurmaya getsə, Qərb ölkələri hərbi müstəvidə Rusiyaya təzyiqlər göstərsə, mən düşünmürəm ki, Rusiya bu vəziyyətdən çox asanlıqla çıxar. Belə olarsa, Rusiya böyük problemlərlə üzləşə bilər. Bu cür məqamlarda vətənpərvərlik dolu bəyanatla poblemi həll etmək mümkün olmur”. Bunu politoloq Fikrət Sadıqov deyib: “Qərb tərəfindən Rusiyaya qarı iqtisadi sanksiyalar işləməkdədir. Lakin hələ ki, bu gərginlik hərbi müstəviyə gəlib çatmayıb. Lakin əgər NATO və ya ABŞ Rusiya ilə hərbi konfiliktə girsə, belə bir qarşıdurma Rusiya üçün elə də asan olmayacaq. Suriyada baş verən proseslər də bunu sübut edir. Türkiyə İdliblə bağlı addımları Rusiyanın razılığı olmadan atır. Rusiya isə buna faktiki olaraq göz yummağa məcbur olur. Çünki Rusiya başa düşür ki, əks halda bir sıra dövlətlərlə üzləşə bilər. Çünki Türkiyənin arxasında NATO dayanır.
Odur ki, Putinin məlum bəyanatı təbiğat xarakterli bəyanat kimi dəyərləndirilə bilər”.