“Qondarma erməni soyqırımı ən böyük iftiradır” Siyasət

“Qondarma erməni soyqırımı ən böyük iftiradır”

Türkiyə parlamentinin spikeri: "Türkiyə tarixində heç bir soyqırım olmayıb"

Türkiyə parlamentinin spikeri Cəmil Çiçək qondarma erməni soyqırımından danışıb.
Anadolu agentliyinin verdiyi məlumata görə, Cəmil Çiçək gələn il 100 illiyi qeyd ediləcək qondarma soyqırımla bağlı iddiaların reallıqdan uzaq olduğunu bildirib.
Cəmil Çiçək qeyd edib ki, 1915-ci ildə Türkiyə ərazisində baş vermiş və "erməni soyqırımı" adlandırılmış bu hadisə bəşər tarixində ən böyük iftiradır.
"Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb və bu, böhtandır", deyə o, bildirib.