“Könüllülərimiz atdıqları addımlarla cəmiyyətimizdə xeyirxahlığı artırıblar” Siyasət

“Könüllülərimiz atdıqları addımlarla cəmiyyətimizdə xeyirxahlığı artırıblar”

Sahib Alıyev: “Biz azərbaycanlıları bir-brimizə daha da doğmalaşdırıblar”

“Yaşlıların, orta nəslin gənclərə yanaşmasında həmişə qayğıyla tənqid yan-yana olub. Və çox zaman da tənqid məhz onlara qayğıdan qaynaqlanıb. Son vaxtlar isə Tərtərdə gənclərdən söz düşəndə ancaq xoş sözlər eşidirəm. Elə bu xoş sözlər də qayğıdan irəli gəlir. Amma gənclərə olan qayğıdan yox, gənclərin göstərdikləri qayğıdan”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri millət vəkili Sahib Alıyev öz facebook səhifəsində qeyd edib. Millət vəkili “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına qoşulan könüllülərin içərisində Tərtərdən də onlarla gənc var”, - deyə əlavə edib: “Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi(AKƏM)-nin xəttiylə fəaliyyət göstərən tərtərli könüllülər birdəfəlik müavinətlər alınması üçün gərəkən sənədlərin hazırlanıb elektron yolla göndərilməsini bacarmayanların yerinə bu işləri görməkdən tutmuş, sosial baxımdan həssas təbəqəinin təmsilçilərinə ərzaq bağlamalarının çatdırılmasınadək ən müxtəlif xeyirxahlıqlar edirlər.
“Könüllü qonşu” aksiyasına qoşulanların arasında tərtərli gənclərimiz də var. Onlar həm sosial şəbəkədə, həm də digər yerlərdə öz telefon nömrələrinin yazıldığı elanlar paylaşaraq, zəng edib yardım diləyənlərə köməklərini əsirgəmirlər.
Bu ilin aprelndə “Könüllü Donor” aksiyasına start veriləndə ona ilk qoşulanların sırasında tərtərli gənclərimiz də vardı. “Qanı-qanımdan olan” ifadəsi bizdə doğmalığın bir göstəricisi sayılır. İndi təsəvvür edin bizim gənc könüllülər bu qanvermə aksiyasına qoşulmaqla xəstələrimizi xilasla yanaşı, nə qədər azərbaycanlımız üçün doğmaya çevrilmiş və nə qədər azərbaycanlımızı doğmaya çevirmişlər.
Bilirsiniz, bütün bunlar bu sınaq günlərində olduqca önəmlidir və elə həm də gənclərimizin özləri üçün. Çünki enerji itmir. Və hər bir müsbət addımın arxasında dayanan o müsbət enerji hərlənib-fırlanıb təzədən onu atan adama qayıdır. Ona görə də yaxşlıq edən hər kəs fikrimcə, bu yaxşılığı ilk növbədə özünə etmiş olur.
Bu baxımdan götürdükdə bizim gənc könüllülərimz də bu gün təkcə ahıllara, xəstələrə, yardıma ehtiyacı olnalara yaxşlıq etmirlər. Ən sevindiricisi budur ki, ünsiyyətdə olduğum bir çox gənclərimizin özləri də bunun fərqindədir.
Bundan başqa müsbət halların paylaşdıqca artmaq kimi bir tərəfi də var. Mən bu fikirdəyəm ki, koronavirus pandemiyası təhlükəsi meydana çıxandan Prezidentimizin, Birinci vitse-prezidentimizin çağırışına qoşulan, onlardan örnək götürən könüllülərimiz atdıqları addımlarla cəmiyyətimizdə xeyirxahlığı artırıblar, biz azərbaycanlıları bir-brimizə daha da doğmalaşdırıblar.
Könüllülük nədir? Könüllülük xeyirxahlıqdır, fədakarlıqdır, vətənpərvərlikdir, insansevərlikdir və təbii ki, həm də təşəbbüskarlıqdır. Xeyirxah, fədakar, vətənpərvər, insansevər və təşəbbüskar gənlərimizə-könüllülərimizə öz sevgi və sayğımı bildirirəm! Siz demirsiniz, bu gün öz əməlinizlə göstərirsiniz ki, biz birlikdə güclüyük!”.