“Ermənilərin genetikasında faşizm var” Siyasət

“Ermənilərin genetikasında faşizm var”

Qafar Çaxmaqlı:”Ermənilər onlar üçün lazım olanda nəinki almanlarla, başqa xalqlarla da əməkdaşlıq edə bilərlər”

“Ermənilərin genetikasında irqçiliyə, faşizmə meyil güclüdür. Bunu dünyanın əksər ölkələrində aparılan araşdırmalar göstərir”. Bunu ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi, SSRİ-yə qarşı vuruşması təəccüblü deyil: "Ermənilərin genetikasında faşizm var. Araşdırmalarım göstərir ki, ermənilər onlar üçün lazım olanda nəinki almanlarla, başqa xalqlarla da əməkdaşlıq edə bilərlər. Paşinyanın özü də faşizmə meyilli adamdır. Bunu Qaragen Njdeyə heykəl qoyulması məsələsində gördük. Ermənilərin qəhrəmanı yoxdur. Ona görə terrorçuları qəhrəman hesab edirlər".
Qafar Çaxmaqlının sözlərinə görə, ermənilər bədbəxt millətdir, çünki özünə faşisti qəhrəman seçən millət yazıqdır: "İndiki Ermənistan cəmiyyəti faşist ideologiyası ilə yüklüdür. Nikol Paşinyanın özü də faşizmi dəstəkləyir. Təbiidir ki, onun babası bu işlərlə məşğul olub. Paşinyan da babasının yolunu davam etdirir".
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı isə deyib ki, artıq erməni ictimai fikri Nikol Vartanoviç Paşinyanın faşist ordusunun sıralarında, Qaregin Njdenin başçılıq etdiyi legionda xidmət etdiyi və bundan irəli gələn digər yorumlarla dolub.
O bildirib ki, bu fakt şəxsən onda ikili fikir yaradır: “Birincisi, Nikol öz böyük adaşının – babasının qeyri-insani əməllərini bu gün demokrat libası geyərək davam etdirir. Nikoldan Nikola çox şey dəyişsə də, bir şey dəyişməyib: faşizim! – öz xəstə, qeyri-insani erməni maraqlarını bəşəri maraqlardan, başqalarının qanuni haqlarından üstün tutmaq, öldürmə, qan-qada… İkincisi, biz baba Nikolun faşizmə xidmətindən danışırıq, amma işin ilginc tərəfi budur ki əlaqədar dövlətlər Ermənistana gözün üstündə qaşın var demir. Deyincə də, xəfifcəsinə, işğalçı ilə işğala məruz qalanı eyni tutarmışcasına deyirlər və bu da elementar ədalət prinsiplərinə uyğun gəlmir. Nikol həmin o “9 may”ın ildönümü günü (amma bir başqa səbəblə) bizim Şuşaya gəlib, arvadına da hərbi-səhra geyimi geydirərək, eyforiyaya qapılır. Əlində guya “siyasi həll yolu qovluğu” – “ədalət tərəzisi” tutanlar da, buna seyriçi qalırsa, demək, biz baba Nikoldan çox, nəvə Nikoldan danışmalıyıq. Əlbəttə, yalnız danışmaq yox, tədbirlər tökməliyik. Söhbət, nə yalnız ordudan, nə də yalnız diplomatlardan getmir, mən ümumən deyirəm – hamımız milli məsuliyyət, vətəndaş məsuliyyəti hiss etməliyik. Bunun da ən uyğun formulu, “ən vətənpərvər insan, öz işini yaxşı görən insandır” şəklində, daha doğrusu, mahiyyətindədir".