Gənc müəllim Prezidentə yazır: "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik Siyasət

Gənc müəllim Prezidentə yazır: "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik

Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik.
Bunu Goranboy rayonunun Meşəli kəndindən gənc müəllim Elçin Nurməmmədov Prezident İlham Əliyevə ünvanladığı məktubda deyir.
Gənc müəllim dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir:
“Hörmətli cənab Prezident, koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə gənc müəllim olaraq öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. Pandemiyanın qarşısını almaq məqsədilə görülən bütün tədbirlər alqışalayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də təhsildir. Biz müəllimlər təhsilin, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasının hər zaman diqqətinizin mərkəzində olmasının şahidiyik.
Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə Sizi və ailənizi qorusun!”.