Ağbənd-Kəlalə körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır
Rəsmi Tehran Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi əlaqələri dəstəkləyir
Əraqçinin müavini: İrana hücum olarsa, müharibə sərhədləri aşacaq
Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
30 İyun 2020 19:08
3 465
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində ölkədə koronavirusla bağlı acınacaqlı vəziyyət höküm sürür.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir, düzgün məlumat vermir.
PA rəsmisi vurğulayıb ki, Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır: “Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu təşəbbüs çox vacib və yerində irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoymuş oldu”.