Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
6 Dekabr 23:11
6 Dekabr 20:16
6 Dekabr 19:13
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Ermənistanın sərhəddəki son təxribatı ilə bağlı BMT Təhlükəsizlik Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupuna üzvü olan ölkələrə və mətbuata müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.
Müraciətdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycanın dövlət sərhədinin Tovuz rayonundakı mövqelərini minamyotlardan və iri çaplı pulemyotlardan atəşə tutub, nəticədə Azərbaycan ordusunun zabitləri və əsgərləri həlak olub. Ermənistanın bu hücumu Dağlıq Qarabağdan yüzlərlə kilometr uzaq olan Tovuz rayonu istiqamətində baş verib.
Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, digər beynəlxalq təşkilatların sənədləri ortadadır. Bununla belə Ermənistan silahlı qüvvələri bu nüfuzlu təşkilatların sənədlərinə məhəl qoymur. Təhlükəsizllik Şurası uzun illər bundan əvvəl qəbul etdiyi sənədlərin icrası ilə də maraqlanmayıb. Nəticədə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan əraziləri hələ də işğal altındadır.