14 Fevral 16:00
13 Fevral 17:58
13 Fevral 16:57
19 İyul 2020 10:35
2 856
“Avropa Parlamenti-Azərbaycan” parlament dostluq qrupunun prezidenti Andris Ameriks Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi fitnəkar hərəkətlərə öz münasibətini bildirib.
AZƏRTAC xəbər verir ki, bu siyasətçi Azərbaycanın Belçikadakı diplomatik nümayəndəliyinə göndərdiyi məktubunda tərəfləri münaqişəni beynəlxalq hüququn normaları əsasında ən qısa müddətdə dinc yolla nizamlamağa çağırıb. Andris vurğulayıb ki, “Şərq tərəfdaşlığı” ölkələrində regional münaqişələr məsələsində Avropa Parlamentinin mövqeyi beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində dövlətlərin ərazi bütövlüyünün qeyd-sərtsiz dəstəklənməsindən və onların zorla dəyişdirilməsinin yolverilməzliyindən ibarətdir.
11:33
1 302
11:32
1 120
11:29
980