Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
Tramp İrandakı infrastrukturu hər gəmi hücumuna görə vurmaqla hədələyib
Tehran Trampın yeni nüvə obyekti ilə bağlı iddialarını hücum üçün bəhanə adlandırıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
23 İyul 2020 14:24
2 380
Los Ancelesdə aksiyanı konsulluq deyil, soydaşlarımız təşkil edib.
Erməni təxribatı ilə bağlı konsulluq məlumat alan kimi polisə müraciət edib. Konsulluq əməkdaşları avtobuslar da təşkil ediblər.
Bunu bu gün keçirilən birifinqdə XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, təxribat başlayan zaman avtobuslar çağırılıb. Avtobuslar 15 dəqiqəyə gəlməli olsa da, radikal qüvvələr qarşısını aldığı üçün gələ bilməyib. Polis də aksiyaçıları digər əraziyə yönəldib. Bu, həm də vətəndaşlarımızın cəsarətini nümayiş etdirir:
"Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb və həmin şəxsin məhkəməsi olacaq".
Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb: “Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.