"Hər bir erməni hücumu Ermənistanın yalan və riyakarlıq üzərində qurulan təbliğatını ifşa edir" Siyasət

"Hər bir erməni hücumu Ermənistanın yalan və riyakarlıq üzərində qurulan təbliğatını ifşa edir"

Azərbaycanın və Türkiyənin dövlət adamlarına və diplomatlarına çoxsaylı terror aktları törədən erməni vandalları indi də dinc insanlarımızı hədəfə alıblar. Sülhsevər dünya ictimaiyyəti yubanmadan xarici ölkələrdəki erməni özbaşınalığına etirazını bildirməlidir. Heç kəs unutmamalıdır ki, illərdən bəri beynəlxalq terrorizmin aparıcı gücünə çevrilən erməni terrorizmi hər zaman ağır cinayətlər üçün fürsət axtarıb.
Moderator.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.
Erməni lobbisinin birbaşa təşkilatçılığı və himayədarlığı ilə dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının və beyinləri qondarma “böyük Ermənistan” ideologiyası ilə zəhərlənən erməni gənclərin Azərbaycana və azərbaycanlılara qarşı gündən-günə kütləvi hal alan total hücumlarının bütün dünya üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıran səfir Hulusi Kılıç deyib:
“Təcavüzkar Ermənistan ordusunun iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətindən qardaş ölkəyə son hücumları bir daha göstərdi ki, bu ölkəni idarə edən şəxslər bütün proseslərə hələ də xəstə təxəyyüllə yanaşırlar. Bütün bunlar azmış kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməniləri Azərbaycanın diplomatik nümayəndəliklərinə və azərbaycanlılara qarşı hücumlara təhrik etmək abırsızlığın son həddidir. İstər Ermənistandakı rejimi idarə edənlər, istərsə də erməni lobbiçiləri unutmamalıdırlar ki, artıq yalan və iftira ilə dünyada “məzlum erməni” obrazı yaratmaq zamanı çox arxada qalıb. Bütün baş verənlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara yaxşı məlumdur. İndi qəlbində azacıq vicdan və ədalət hissi olan şəxs dərhal internetdə baxır ki, Tovuz rayonu Azərbaycanın ərazisidir. Hər bir şəxs bu faktın arxasında dərhal hücumun məqsədini başa düşür. Belə bir vəziyyətdə xarici ölkələrdəki erməniləri küçələrə axıdıb günahsız inşalara həyati təhlükə yaradaraq, azərbaycanlıları qorxutmaq cəhdləri çox iyrənc bir siyasi niyyətdir”.
Azərbaycanın Fransa, ABŞ, Niderland, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Belçikadakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan azərbaycalılara qarşı kütləvi erməni hücumlarını vandalizm aktı kimi dəyərləndirən səfir deyib:
“ASALA 1970-1980-ci illərdə 31 türk diplomatı və ailə üzvünü qətlə yetirib. Haqqında danışdığımız erməni hücumlarında iştirak edənlərdən birinin əynində ASALA yazılan köynək vardı. Lakin bunlar bizi qorxuda bilməz. Çünki haqq işi yolundayıq. Bunla belə, diqqətli və ehtiyatlı olmaq lazımdır. Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu ola bilməz. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yubanmadan yaranmış gərginliyi birgə müzakirə edib dəyərləndirməli, ABŞ və Avropa ölkələri başda olmaqla böyük şəhərlərdə dinc aksiyalarımız genişləndiriməlidir. Hər bir erməni hücumu həm Ermənistanın işğalçı simasını, həm də erməni lobbisinin yalan və riyakarlıq üzərində qurulan təbliğatını ifşa edir. Xaricdəki bütün azərbaycanlı qardaşlarıma müraciət edərək deyirəm: səbr və təmkininizi pozmayın. Sizlərə edilən hücumlar vəhşilikdir. Azərbaycanın haqq işi, Qarabağın azadlığı naminə dözümlü, səbirli və mübarizənizi qətiyyən azaltmayın”.