2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər.
Bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Mən buraya gələrkən görülmüş işlərə bir daha nəzər saldım. Gördüm ki, burada infrastruktur layihələrinin bir çoxu reallaşıb, qazlaşdırmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizat normaldır. Biz vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurduq. Yol təsərrüfatı yenilənir. Həm kənd yolları, həm Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir. Mən göstəriş verəcəyəm ki, Şəki-Oğuz yolunun yenidən qurulması da dövlət proqramında nəzərə alınsın və bu iş də tezliklə icra edilsin.
Turizm layihələri icra edilir. Bir çox otellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl mərkəzi şəhər xəstəxanası, Olimpiya Mərkəzi, “ASAN xidmət” mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növbəti böyük zəfəridir. Qız qalası, İçərişəhər, Qobustan və Şəki - bu, təsadüfi deyil. Əlbəttə ki, dediyiniz amillər həlledici rol oynayıb. Amma bununla paralel olaraq, Şəki şəhərinin dünyaya təqdimatı və buraya gələn turistlərin sayının artması nəticəsində Şəkini dünyada daha yaxından tanıdılar. Ekspert komissiyası, əlbəttə ki, bütün bu amilləri nəzərə alıb. Şəki doğrudan da Ümumdünya İrs Siyahısında olmağa layiqdir. Bu, bizim növbəti böyük qələbəmizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə, bundan sonra da bütün lazımi addımlar atılacaq. Mən bilirəm ki, problemlərdən biri də 1925-ci ildə tikilmiş 7 saylı şəhər məktəbidir. Bu məktəbin yenidən qurulması, yol çəkilişi və digər məsələlərlə bağlı Sərəncam veriləcək. Yəni, görülmüş bütün işləri sadalamaq mümkün deyil. Əsas odur ki, biz buna planlı şəkildə yanaşırıq - sosial infrastruktur, məktəblər, kənd təsərrüfatı, sənaye potensialı və əlbəttə ki, turizmin inkişafı. Pandemiyanın ən çox ziyan vurduğu sahə turizmdir. Bizim bu sahədə çox gözəl inkişafımız var idi. Keçən il ölkəmizə 3 milyondan çox turist gəlmişdi. Ancaq turistlər ölkəmizdə təqribən 2 milyard dollara yaxın pul xərclədilər və turizm sahəsində çalışan on minlərlə insan bundan faydalandı. Bu il biz 3,5 milyon turist gözləyirdik. Amma indi hər yerdə olduğu kimi, turizm demək olar ki, sıfır səviyyəsindədir. Ona görə, daxili turizmə böyük üstünlük verilməlidir. Çünki pandemiya nə vaxt başa çatacaq, heç kim bilmir. Başa çatandan sonra turizm sektorunun bərpası müəyyən müddət tələb edəcək. Çünki indi insanlar harasa getməyə ehtiyat edəcəklər. Ona görə, Şəkinin də inkişafının müəyyən faizi turizmlə bağlı olduğu üçün əlbəttə ki, biz bu amili nəzərə alacağıq. Amma əmin ola bilərsiniz ki, bundan sonra da Şəki şəhərinin və rayonun inkişafı diqqət mərkəzində olacaq, insanları narahat edən məsələlər həllini tapacaq. Onlardan biri içməli su layihəsidir. Əfsuslar olsun ki, bu layihə çox uzandı və çoxdan başa çatmalı idi. Mənə verilən məlumata görə, layihənin 55 faizi icra edilmişdir, ümid edirəm ki, yaxın gələcəkdə tam başa çatacaq. Bildiyiniz kimi, bu layihə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşir və yubanmanın səbəblərindən biri də məhz budur. Çünki danışıqlar bir qədər çox vaxt apardı. Ancaq bilirəm ki, bu, çox önəmli layihədir və qeyd etdiyim kimi, onun böyük hissəsi icra edilib, qalan hissənin icrası üçün də lazımi vəsait ayrılacaq.
Əminəm ki, bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki ölkəmizin çox gözəl perspektivləri var. Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin".