Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər
Dövlət Gömrük Komitəsi Ermənistandan hansı məhsulun alındığını açıqlayıb, idxala aydınlıq gətirib
Hökumət Dövlət Neft Fondunun gəlirləri üzrə gözləntilərini açıqlayıb
Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır
19 Avqust 2020 12:18
3 171
Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlaması barədə sualı cavablandırarkən deyib.
L.Abdullayeva deyib: "Bu xüsusda, üçüncü tərəflərin vəziyyətdən özlərinin bölgə dövlətlərinə olan ədavət və qərəzli yanaşması üçün fürsət kimi istifadə etməsi cəhdləri qətiyyətlə rədd edilməlidir. Ermənistan tərəfinin Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları Aralıq dənizi hövzəsində müşahidə olunan həssas vəziyyətdən özünün dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdi kimi pislənilməli və rədd edilməlidir".
16:01
938
15:49
665
15:38
686