Separatçıların London təxribatı Siyasət

Separatçıların London təxribatı

Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev açıqlama yayıb.
Açıqlamada deyilir ki, Londonda noyabrın 3-dən keçirilən "World Travel Market" ənənəvi turizm sərgisində işğalçı Qarabağ rejiminin təqdim olunmasının qarşısının alınması üçün tədbirlər görülüb: "Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı "Reed Exhbitions" şirkəti qarşısında məsələ qaldırıb. Həmçinin Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar.
"Reed Exhibitions" şirkəti separatçı rejimin heç bir halda "World Travel Market" turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Həmçinin qondarma rejimi təmsil etdiyini iddia edən "Qarabağ Turizm İnkişaf İdarəsi"nin bu sərgidə iştirakına rəsmən icazə verilməyib.
Azərbaycan Respublikasının səfirliyi Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin "Karabakh" adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı ilə işi davam etdirir".