19 Sentyabr 13:06
7 Oktyabr 2020 09:29
1 771
"Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu / Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.