"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
9 Oktyabr 2020 12:43
1 568
Ermənistan bütün cəbhələrdə məğlub olmasına baxmayaraq, öz vətəndaşlarını aldatmaqda davam edir.
Bunu Trend-ə israilli ekspert Natəvan Katsman deyib.
O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında münaqişədir:
“Heç bir türk qoşunları, digər qoşunlar buraya cəlb edilməyib. Azərbaycanın digər qoşunları cəlb etmək ehtiyacı yoxdur. Azərbaycanın həm say, həm də ən yeni texnologiya və silahlarla təchizat baxımından güclü ordusu var”.
Azərbaycanın strateji obyektlərinə hücumlar barədə danışan ekspert bildirib ki, bu, Ermənistan tərəfindən münaqişəyə digər ölkələri cəlb etmək və regional münaqişəyə çevirmək məqsədilə planlaşdırılıb. N.Katsman qeyd edib ki, Azərbaycan Prezidentinin ağıllı siyasəti ölkəni uğura aparır və əmin olduğunu bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edəcək:
“Azərbaycan ermıni sakinlərə qarşı deyil, heç vaxt onları sıxışdırmayıb. Ermənilər Azərbaycanda bu gün də yaşayır və heç kim deyə bilməz ki, onlar əziyyət çəkir. Atəşə tutulan Azərbaycan şəhərlərinin sakinləri isə zərər görür. Arzu edirik ki, bu tezliklə başa çatsın. Amma vurğulamaq lazımdır ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə, bu başa çatmayacaq”.
28 Sentyabr 18:30
756
28 Sentyabr 18:23
735
28 Sentyabr 13:26
742