Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
16 Oktyabr 2020 17:04
1 715
Beynəlxalq hesabatlar və rəsmi statistik məlumatlar Cənubi Qafqaz ölkələri arasında ən az əhaliyə malik olan Ermənistanın ciddi demoqrafik böhranla üzləşdiyini göstərir. 100 il əvvəlki və hazırkı demoqrafik göstəricilərin müqayisəli təhlili, ölkənin gələcək dövrü üçün neqativ proqnozlara əsas verir.
Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, Ermənistanda əhalinin azalma tendensiyası 1988-ci ildən etibarən azərbaycanlıların bu regiondan məcburi çıxarılması ilə başlayır. Bu ölkədə aparılan təhlillər həmin dövrdən etibarən əhali artımının ən az 2 dəfə azaldığını göstərir. Hazırda isə ermənilər 100 il əvvəl işğalçılıq və soyqırım siyasəti ilə ələ keçirdikləri torpaqları tərk edib başqa ölkələrə axın edirlər. Hər il əhalisinin ən az 1%-nin ölkəni tərk etməsi bu ölkə üçün kifayət qədər ciddi göstərici hesab olunur.
BMT-nin məlumatlarına əsasən hər hansı ölkədə mövcud yaşlı əhali ümumi əhalinin 7%-ni təşkil etdikdə, həmin ölkə yaşlı əhaliyə malik ölkə hesab olunur. Rəsmi məlumat və proqnozlar Ermənistanda əhalinin 12%-dən çoxunun yaşlı olduğunu və bu göstəricinin 2020-2024-cü illər ərzində 20%-ə yüksələcəyini göstərir.
Dağlıq Qarabağdan məcburi köçürülən azərbaycanlılar ümumilikdə Qarabağ əhalisinin 85%-ni təşkil etdiyi halda, hazırda orada məskunlaşan ermənilər Qarabağ əhalisinin cəmi 15%-ni təşkil edir. Dağlıq Qarabağ və ətraf rayonlardakı mövcud böhranlı demoqrafik vəziyyət qondarma respublikanın öz statistikalarında təsdiqini tapır. Statistik göstəricilərin təhlili Dağlıq Qarabağ və ətraf rayonlarda əhalinin təbii artımının hər il azaldığını, gender balansının pozulduğunu, emiqrasiyanın sürətləndiyini göstərir.
Evlənmə və boşanma statistikasındakı qeyri-mütənasib əlaqə, nikah vəziyyətindəki böhranın göstəricisidir. Eyni zamanda yaş qruplarının təhlili orta yaşlı nəslin üstünlük təşkil etdiyini aydın göstərir. Beynəlxalq təşkilatlar Qarabağda məskunlaşan ermənilərin orta yaş göstəricisinin yaxın gələcəkdə daha da yüksələcəyini proqnozlaşdırır.
22 Sentyabr 19:22
917
22 Sentyabr 19:20
805
22 Sentyabr 18:28
861