Tamam Cəfərova: Azərbaycan xalqı Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir Siyasət

Tamam Cəfərova: Azərbaycan xalqı Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində “Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz?” sualına Cənab Prezidentin verdiyi cavab onun öz xalqına olan böyük sevgisini, sədaqətini və xalqının etimadını doğrultmaq istiqamətində qətiyyətini göstərməklə yanaşı, həm də onun ancaq böyük siyasətçilərə və liderlərə xas olan təvazökarlığını özündə əks etdirir.

Trend-in məlumatına görə, bunu millət vəkili Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub”.
“ Birmənalı demək olar ki, Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir. Bu gün bütün xalqımız cənab Prezidentin ətrafında bir yumruq kimi birləşib, xalq Ali Baş Komandanına inanır və onun Azərbaycanın müstəqilliyinin qorunması, gücləndirilməsi uğrunda apardığı mübarizəni yüksək qiymətləndirir və ÖZ PREZİDENTİ ilə qürur duyur.

Cənab Prezident bu müsahibəsində Azərbaycanın haqlı mövqeyini rusdilli auditoriyaya çox açıq və qəti şəkildə bildirdi. Aparıcının “kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz? sualına Cənab Prezidentin cavabı çox qətiyyətli oldu: “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək.”
Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi onun dünya televiziya kanallarına verdiyi bütün müsahibəlində öz əksini tapıb, deyə millət vəkili vurğuladı.

Cənab Prezident Azərbaycanın baza prinsiplərə sadiqliyini bir daha diqqətə çatdırdı və bildirdi ki, Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir.

Dünya ictimaiyyətinə, xüsusilə rusdilli auditoriyaya çatdırıldı ki, danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Lakin Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.

Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan prinsiplərə sadiqdir. İşğal altındakı torpaqlarımız geri qaytarılmalıdır. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Bu gün öz torpaqlarını uğurla azad edən Azərbaycanın işğal olumuş ərazilərindən işğalçı qüvvəllərin çıxarılması ilə bağlı qrafik tələb etməsi baza prinsiplərini özündə əks etdirir: birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılması xüsusi olaraq vurğulandı və bildirildi ki, BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir
Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir.

Tamam Cəfərova sonda qeyd etdi ki, Cənab Prezident demək olar ki, hər gün dünyanın tanınmış telekanallarına verdiyim müsahibələri vasitəsilə Azərbaycan həqiqətlərini dünyay çatdırır. Artıq beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. İstər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından buna heç nə ilə haqq qazandırmaq olmaz. Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır və Vətən Müharibəsi bəşəri dəyərlər olan ədalətin və haqqın bərpası uğrunda aparılır!