23 Oktyabr 2020 10:20
1 358
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi üçün mümkün olan hər şeyi edir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bununla belə, o, bildirib ki, tənzimləmənin hansı formul üzrə davam edəcəyi barədə danışmaq tezdir:
“Prezident Putin əmindir ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var – siyasi diplomatik tənzimləmə yolu. Prezident əvvəlki kimi tərəfləri siyasi-diplomatik həll müstəvisinə çıxarmaq üçün əlindən gələni edir. Fikrimcə, indi tənzimləmənin hansısa formulunu proqnozlaşdırmaq düzgün olmazdı”.
18:25
434
18:04
581
17:48
546