Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
26 Oktyabr 2020 16:05
2 387
“Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. Baxın indi görün böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri nə bilim hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Niyə biz bunu onda müdafiə etməliyik? Halbuki, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, öz beynəlxalq birlik tərəfindən tanınan, tanınmış torpaqlarımızı bərpa edirik”.
Prezident İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.
Dövlət başçısı deyib ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.
“Biz Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs bizim münasibətlərimiz necə olacaq? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs bizə hansı üzlə baxacaqlar?” – deyə Prezident bildirib.
09:00
133
25 Sentyabr 20:55
742
25 Sentyabr 19:20
777