8 mayda itirdiyimiz Şuşa 28 il sonra 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı - Deputat Siyasət

8 mayda itirdiyimiz Şuşa 28 il sonra 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı - Deputat

Bu gün biz tarixi bir gün yaşayırıq. Şuşanın işğaldan azad olunması ilə biz həm hərbi strateji, həm də mənəvi cəhətdən mənfur düşmənin müqavmətini tam qırdıq.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, tarixən alınmaz qala olaraq adlandırılan və o vaxtkı hakimiyyətin səhvi ucbatından itirilən Şuşamızın müzəffər ordumuz tərəfindən işğaldan azad olunması ilə demək olar ki, artıq müharibənin taleyini həll etmiş olduq.

Əlbəttə bu Azərbaycan ordusu tərəfindən qazanılan uğurların məntiqi davamıdır:

"Digər tərəfdən isə Şuşa mənəvi cəhətdən də həmişə xalqımızın həyatında mühüm rol oynayıb. Qafqazın mədəniyyət beşiyi sayılan Şuşa Azərbaycana yüzlərlə görkəmli şəxsiyyət bəxş etmişdir. Burada olan tarixi abidələr, mədəniyyət obyektləri Azərbaycan tarixində mühüm rol oynayıb. Şuşanın işğaldan azad olunması günü həm də rəmzi məna daşıyır. Çünki 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Biz çox xoşbəxt insanlarıq ki bu günləri yaşayır və bu tarixin bir parçasıyıq".