Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
11 Noyabr 2020 12:36
2 681
Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sülh bəyannaməsi Azərbaycanın böyük qələbəsidir və milli maraqlarımıza tam cavab verir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu bəyannamənin imzalanmasının ən birinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, 30 ildir pozulmuş ərazi bütövlüyümüz bərpa olunur:
“Bəyannaməyə əsasən işğalçı qüvvələr torpaqlarımızdan çıxarılır. Ermənistan bu bəyannaməni imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu. Döyüşlər başlayan ilk vaxtlardan etibarən cənab Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərindən çıxacağı barədə konkret qrafik təqdim edərsə, döyüşlər dayandırıla bilər. Lakin o zaman Ermənistan tərəfi belə bir qrafik haqqında bir kəlmə də dilinə gətirməmişdi və ancaq bu bəyannamədə Azərbaycanın şərtlərinə uyğun olaraq işğalçı qüvvələrin ərazilərimizdən tam olaraq çıxması barədə konkret qrafik əksini tapıb.
Sənəddə digər vacib məqamlardan biri odur ki, Dağlıq Qarabağa hər hansı bir status verilməsindən söhbət getmir. Əgər əvəllər Dağlıq Qarabağa ən yüksək statusun verilməsi nəzərdə tutulurdusa, bu gün ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar vəziyyəti dəyişib, Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir.
Həmçinin bəyannamənin mühüm əhəmiyyətindən biri də Naxçıvanın blokadasına son qoyulur, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiya, rabitə yaradılması və onun təhlükəsizliyinin təmin olunması öhdəliyi götürülür. Ümumilikdə sənəddə Azərbaycan üçün ən fundamental məsələlər öz həllini tapıb. Bu da ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qan tökmədən Laçın, Kəlbəcər və Ağdamın yerdə qalan hissəsi Azərbaycana qaytarılacaq və orada bir nəfər də erməni əsgəri qalmayacaq, yəni işğalçı ordunun Azərbaycan ərazisində mövcudluğuna son qoyulur”.
22 Sentyabr 19:22
875
22 Sentyabr 19:20
763
22 Sentyabr 18:28
791