“O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və reketlik var” Siyasət

“O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və reketlik var”

Rauf Arifoğlu: "Bəyan edirəm ki, bu adam Azərbaycan siyasətinin qara yarasıdır"

Sərdar Cəlaloğlu: "Onlar zavallı qaraguruh təbəqədira, ağıl, şüur cəhətdən inkişaf etməyiblər"

Azər Ayxan: "Əli Kərimli normal əxlaqa, tərbiyəyə sahib olsaydı, zombilərinə bizim yaşlı valideynlərimizi söydürməzdi"

AXCP-Müsavat qarşıdurması yenidən gərginləşib. Sosoial Şəbəkələrdə gedən qarşılqılı ittihamlar artıq mətbuat səhifəsinə çıxmağa başlayıb. Bəzi şəxslərin "Yeni Müsavat" qəzetinin 6 mininci sayı çapdan çıxdığı gün Rauf Arifoğlunun valideynlərini təhqir edən fikirlər paylaşması vəziyyəti daha da ciddiləşdirib. Belə ki, Rauf Arifoğlu buna cavab olaraq öz fikrini mülayim tərzdə bildirsə də, Azər Ayxan bir qədər aqressiv tonda "Müxalifətin diktatorları" başlıqlı yazısında məsələ ilə bağlı aşağıdakı fikrləri bildirib: "O, müxalifətin iqtidarı olmaq istəyir - nə qədər gülməli səslənsə də, yeganə olaraq belədir. Amma bu məqsədinə varmaq üçün qarşısında "Yeni Müsavat"ı və Rauf Arifoğlunu maneə görür. Düşünür ki, qəzet və onun rəhbəri olmasa, Müsavatı, köhnə və yeni başqanını sözün siyasi mənasında yeyib bitirər, sıradan çıxarıb müxalifətdəki iqtidarını bərqərar edər". Azər Ayxan isə yazır ki, bu ssenarinin ardı da var: Əli Kərimli düşünür ki, müxalifətin şəriksiz lideri olduqdan sonra hakimiyyət onunla danışıqlara getmək, masa arxasında əyləşmək məcburiyyətində qalar: "Bu ağılsızca planını həyata keçirmək üçün də bizə qarşı savaş açıb. "Yeni Müsavat"ı, Rauf Arifoğlunu facebookda qurduğu söyüşcül və əxlaqsız şəbəkə vasitəsilə ictimai qınaq hədəfinə çevirmək, insanların beyninə Rauf bəyin iqtidara satıldığını yeritmək, bununla onu və "Yeni Müsavat"ı müxalifətçi yarlığından məhrum etmək, İsa Qəmbərin, Müsavatın hakimiyyətə satılmış qəzetin ümidinə qaldığı rəyi yaratmaq, axırda da öz qəzetini, onun rəhbərliyini "Yeni Müsavat"ın və Rauf Arifoğlunun ictimai rəydəki boşalan yerinə gətirməklə həyatının layihəsini yekunlaşdırmağı hədəfləyir". Azər Ayxan yazır ki, bu işdə ona bəzən müəyyən müsavatçılar da dəstək verir: "Kərimli cəbhəsindən bizə tərəf atəş açan bir sıra partiyadaşımızın bu hərəkətlərini üzülərək seyr etməkdəyik. Dərd burasındadır ki, Əli Kərimlinin bu məkrli planına ara-sıra partiya rəhbərliyində təmsil olunanlar da qoşulur - bilərəkdən, amma istəməyərək. Özləri ilə psixoloji müharibə apara-apara bir də görürsən ki, kürəyimizə dost bıçağı sapladılar. Anlamırlar ki, "Yeni Müsavat" kənara çəkilsə Əli Kərimli və onun "apaçiləri" ilə üz-üzə qalacaqlar. Və bu döyüşdə son qələbə kimin olacaq, zatən məlum...". Azər Ayxan əlavə edir ki, Əli Kərimlini hardasa başa düşürük: "Adam ruh xəstəsidir. Manyakdı. Normal əxlaqa, tərbiyəyə sahib olsaydı, zombilərinə bizim yaşlı valideynlərimizi söydürməzdi. Bu azmış kimi son günlər redaksiyaya zəng vurdurub bizi təhqir etdirir...".
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun həbsdə olduğu müddətdə Əli Kərimlini təriflədiyini yazması və buna aid yazılı faktları paylaşması isə gərginliyin ampulasın bir az da genişləndirib. Cavab olaraq Rauf Arifoğlu da öz şəxsi səhifəsi vasitəsi ad çəkmədən bildirib: "O qədər naqisdir ki, haqqında nə zamansa yazdığımız 2-3 cümlə pozitiv fikirləri də şantaj və kompromat kimi istifadə edir. Belə həyasız gəlmiyib yer üzünə". O daha sonra ə "iş o yerə gəlib çatıb ki, Əli Kərimli artıq mənim onun haqqında 2003-cü ildə həbsxanadan yazdığım və kitaba saldığım müsbət qeydləri belə şantaj alətinə çevirir",- deyə bildirib: "Mən artıq bəyan edirəm ki, Əli Kərimli haqqında nə vaxtsa dediyim bütün müsbət fikirlərdən imtina edirəm, o fikrilərin hər birinin qabağına "na" sözü əlavə edirəm. Bəyan edirəm ki, bu adam Azərbaycan siyasətinin qara yarasıdır. Onu ancaq amputasiya əməliyyatı edib, götürmək lazımdır. Yoxsa Azərbaycan siyasəti heç zaman dinclik və mənəvi dəyər qazanmayacaq. O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və reketlik var. Media gücündən istifadə edərək, iqtidar məmurlarından rüşvət alan birisinin özünə siyasi lider, demokrat deməsi qeyri-mümkündür və mən bu adamın ifşası üçün mümkün olan hər şeyi edəcəyəm". Rauf Arifoğlu bildirib ki, Əli Kərimli və AXCP təxminən 17 ildir ki, "Yeni Müsavat" qəzeti ilə savaş halındadır. Onun sözlərinə görə, uzun müddətdir davam edən söz atışması artıq pik həddinə çatıb: "Arada müəyyən fasilələr, yaxınlaşmalar olub, lakin yenidən bu cür toqquşmalar davam edib. İndi həmin toqquşmaların və mənəvi terror prosesinin pik həddini yaşayırıq. Bir partiya lideri ilə müstəqil qəzetin redaktoru və kollektivi arasında söz atışması gedir. Buna onlar başlayıblar, daha çox ağır ittihamlar irəli sürürlər. Sosial şəbəkələrdə hətta bizim valideynlərimizi belə təhqir etməkdən çəkinmirlər. Biz isə hər kəsin valideyninə cansağlığı, ölənlərə rəhmət arzulayaraq, özlərinin yazdıqlarına cavab veririk". Rauf Arifoğlu Musavat.com saytının rus dili versiyasında belə AXCP-ni tənqid etməsi barədə ittihamlara da münasibət bildirərək, bu cür ittihamları gerilikçi düşüncənin məhsulu kimi dəyərləndirib: "Bildiyiniz kimi, saytın rus dilində versiyası fəaliyyət göstərir və Azərbaycan dili versiyasında nə çap olunursa, onun bir qismi bacardığımız qədər rus dili versiyasında da yayılır. Buna görə də kimisə artıq rus dilində tənqid edirik demək gerizəkalılıqdır".
Onun sözlərinə görə, AXCP sədri müxalifət düşərgəsinə tam sahib olmaq üçün "Yeni Müsavat" qəzetini sıradan çıxarmağa çalışır. Rauf Arifoğlu qeyd edib ki, burada məqsəd həm də Müsavat Partiyasının parçalanmasıdır: "Əli Kərimli hesab edir ki, "Yeni Müsavat" qəzeti onun müxalifət düşərgəsinə tam və şəriksiz sahiblənməsi üçün yeganə baryerdir. Hətta bizdə dəqiq məlumat var ki, bu barədə onun yaxın ətrafında müzakirələr gedib. Məhz bu sahiblənmənin önünü kəsən qüvvəni sıradan çıxarmaq üçün bir hücum başlanıb. Hətta Əli Kərimlinin özü və yaxın çevrəsi bildiriblər ki, Müsavat Partiyası problemlər içində olduğundan artıq rəqib deyil, "Yeni Müsavat" qəzeti olmasa, Müsavat Partiyasının parçalanması, narazı kəsimin AXCP tərəfə cəlb edilməsi və partiyanı tamamilə zəiflədərək, müxalifət düşərgəsində təşəbbüsün ələ alınması mümkün olar. Məhz bu səbəbdən də bizim qəzetə və şəxsən mənə qarşı hücum var, mənəvi terror mühiti yaşayırıq. Mən bu cür vəziyyətə etiraz edirəm, bu demokratiya, azadlıq deyil. Mən artıq kimin kim olduğunu cəmiyyətə göstərmək niyyətindəyəm ki, Əli Kərimli və onun timsalında olan funksionerlər, müxalifət təmsilçiləri demokrat deyil, şantajçıdırlar. Bu adamlar Azərbaycan milli azadlıq hərəkatının yeganə uğurlu layihəsi, müstəqil qəzet olan və qəzetçilər tərəfindən idarə olunan bir qəzetə hücum edirlər və onu sıradan çıxarmaq istəyirlər".
Azərbaycan Demokrtat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, yarınmaqla deputat olmaq mümkün olsaydı, onda Əli Kərimli iqtidara iki dəfə yarınıb: "O indiyə qədər iki dəfə deputat olub, mən heç bir dəfə də olmamışam. O, müxalifətdə təşəbbüsü ələ alıb diqqətini özünə cəlb etmək istəyir. Beləliklə, müxalifətə hər hansı maddi, mənəvi dəstək olacaqsa, bunu özü almağa çalışır. Yoxsa, onun addımlarının milli maraqlar, yaxud insan haqları məsələsi durmur. Misal üçün, onların məhbuslarla bağlı mitinqlərində Müsavat iştirak etdi. Amma onlar Müsavatın mitinqində iştirak etməmək qərarını veriblər. Bu nə deməkdir? Necə olur, insan haqlarını müdafiə etdiyini deyirsən, amma başqası müdafiə edəndə onun əleyhinə qərar verirsən. Bu, onların hər bir məsələ arxasında qrup maraqlarının olduğunu göstərir. Onlar zavallı qaraguruh təbəqədir. Ağıl, şüur cəhətdən inkişaf etməyiblər. Onlarda siyasi mədəniyyət deyilən şey yoxdur. Əllərindən söyüş söyməkdən başqa heç nə gəlmir. İnsanın arqumentləri qurtaranda dərhal söyüşə keçir. Əli Kərimlinin istefa vermiş müavinlərindən biri şəxsən mənə demişdi ki, Əli bəyin tapşırığı ilə sosial şəbəkələrdə 20-30 nəfərlik qrup düzəldiblər. Onların işi ancaq şəbəkədə oturub virtual aləmdə AXCP-ni, Əli Kərimlini müdafiə etmək və başqalarına qarşı təhqir kampaniyası aparmaqdır. Bunu dəqiq bilirəm". O, həmçinin "onlar "kim bizim kimi düşünmür, yanımızda deyil, deməli, düşməndir" yanaşması ilə yaşayırlar",- deyə diqqətə çatdırıb: "Vaxtilə ictimai Palatada Müsavatla bir yerdə idi, onda müsavatçılara dost deyirdilər. Ayrılan kimi onları düşmən elan etdilər. Sonra Milli Şurada bir araya gəldilər, yenə dost dedilər. Müsavat çıxan kimi xain elan etdilər. Bu adamın psixologiyası belədir. Hər şeyi öz yanaşması ilə ölçür. Ona kim yaxındır, deməli, doğrudur, ona qarşı olanlar xaindirlər. Xədicə İsmayıl isə Əli Kərimlini müdafiə etdiyini özü də təkzib etmir. O, AXCP-nin ən yaxın təbliğatçılarından biridir. Ümumiyyətlə "Azadlıq radiosu"nun böyük əksəriyyəti AXCP-dən yaxud "Azadlıq" qəzetindən çıxanlardır, yaxud Əli Kərimliyə yaxın olanlardır. Vaxtilə Bakı bürosunun sədri olmuş biri də "Azadlıq" qəzetinin əməkdaşı olmuşdu. Xədicə İsmayıl jurnalistdən çox xəfiyyə kimi davranır. O, həmişə AXCP-ni ən demokrat, ən real müxalifət kimi təqdim edir. Digərlərini isə gözdən salır. İsa Qəmbər, mən və digərləri "Azadlıq radiosu"na gedəndə Xədicə İsmayıl bizi asıb-kəsir, siyasi tərəf kimi çıxış edir, amma AXCP üzvləri ora gedəndə hər şey çox normal olur".

Əli