Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
26 Noyabr 2020 11:29
1 386
“Bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır: “Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Bununla yanaşı, Fransanın səlahiyyətli məhkəmə orqanları yerli bələdiyyələrin daha əvvəl Dağlıq Qarabağ “bələdiyyələri” ilə imzaladığı dostluq xartiyalarını qanunsuz olduğu üçün ləğv etməlidir. Həmçinin Azərbaycan da Fransanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi iştirakına etiraz etməlidir. Fransadakı səfirimiz geri çağırılmalıdır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir”.
25 Oktyabr 22:16
1 155
25 Oktyabr 15:27
1 288
25 Oktyabr 10:20
1 393