Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Hədəfdə Qubad İbadoğlu və Vurğun Əyyubdur

Hədəfdə Qubad İbadoğlu və Vurğun Əyyubdur Siyasət

Hədəfdə Qubad İbadoğlu və Vurğun Əyyubdur

Müsavat Partiyasının MNTK sədri: "Zərurət yaranarsa, Qubad İbadoğlu və Vurğun Əyyubun məsələsinə baxıla bilər"

Ellada Məmmədli: "MNTK-nın açıqlaması Müsavatda növbəti hədəfin Vurğun Əyyub və Qubad İbadoğlu olduğunu göstərir".

"Vurğun Əyyubun açıqlamaları Müsavat Partiyasının Nizamnaməsinə ziddir. Çünki o, qurultayın seçdiyi Məclisi və müvafiq strukturları tanımır". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib.
S. Hüseynova Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı yaratmasının Müsavatın Nizamnaməsi illə ziddiyyət təşkil etmədiyini açıqlayıb: "Qubad İbadoğlunun ictimai birlik yaratması Müsavatın Nizamnaməsinə zidd deyil. Çünki bu birlik partiya daxilində yaranmır. Partiya daxilində fraksiyanın yaradılması isə təbii ki, Nizamnaməyə zidd sayılacaq. Mən hesab edirəm ki, ictimai birliklərin də siyasi xəttinin olması və baş verən hadisələrə reaksiya bildirilməsi onların borcudur".
S. Hüseynova Müsavat Məclisinin üzvü Vurğun Əyyubun qurultayın nəticələrini tanımamasına da münasibət bildirib: "Partiyanın hər bir üzvü onun ali orqanını tanımalıdır. Mən hesab edirəm ki, Müsavat Məclisi Vurğun Əyyubun məsələsinə münasibət bildirəcək. Zərurət yaranarsa, MNTK özü də bu məsələyə baxa bilər. Ancaq hələ ki Məclisi buna münasibət bildirməlidir. Qubad İbadoğlunun sonuncu müşavirədə mənim haqqımda və komissiya barədə çıxışı onun subyektiv fikridir. Təqdim etdiyi arayışa bizim cavabımız onu qane etmədiyinə görə qərəzli münasibəti var. Mən belə məsələdə çox prinsipial mövqe qoymağı bacarıram. Arayışa sənədlərlə, protokollarla çox dəqiq araşdırılaraq cavab verilib. Məni MNTK sədrliyindən ancaq MNTK üzvləri kənarlaşdıra bilər. Qubad İbadoğlu hələ Nizamnaməni yaxşı bilmir. MNTK-da hələ ki Qubad İbadoğlunun məsələsi müzakirə olunmayıb. Ancaq daha da irəli getsələr, zərurət yaranarsa, bu məsələlərə baxıla bilər".
MNTK sədrinin sözlərinə görə, indiyədək partiyadan çıxarılan şəxslər haqqında qərarın hamısı əsaslandırılıb: "Çıxarılanların reaksiyası da təbiidir. Hesab edirəm ki, onlar haqqında tamamilə düzgün qərarlar qəbul edilib".
Qubad İbadoğlunu dəstəkləyən Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədli MNTK sədri Sevinc Hüseynovanın V. Əyyub və Q. İbadoğlunun məsələsinə baxıla biləcəyi haqda fikirlərinə Publika.az-a açıqlamasında münasibət bildirib. E. Məmmədli hesab edir ki, rəhbərlik MNTK-ya belə bir tapşırıq verib: "Bu açıqlama rəhbərliyin MNTK-ya belə bir tapşırıq verdiyini göstərir. Halbuki nə Vurğun bəy, nə də Qubad bəy partiya haqqında pis söz işlətməyiblər. Mən əvvəl də demişəm ki, yeni rəhbərlik verəcəyi qərarı öncə sosial şəbəkələrdə müzakirəyə çıxarıb hədəfi tənqid edir, sonra qərarını verir. Vaxtilə Osman Kazımov da bu proseslərin anonsunu əvvəlcə sosial şəbəkələrdə verdi, sonra baş verənlər yaşandı. Görünür, növbəti hədəf Vurğun Əyyub və Qubad İbadoğludur, yaxud ikisindən biridir".
Müsavat üzvü, keçmiş başqan müşaviri Hüseyn Məlik Publika.az-a açıqlamasında MNTK-dan müsavatçıları qorxutmaq üçün istifadə edildiyini bildirib: "Vurğun bəyin dediklərinin əsasları var. Qurultay günü Məclis üzvləri seçildi, lakin bülletenlər bir gün sonra qərargahda sayıldı. Məclis üzvləri seçiləndən sonra qurultay onların səlahiyyətini təsdiq etməli idi. Lakin etmədi. Bunun alternativ yolu kimi, keçmiş Məclisə seçilənləri təsdiq etmək səlahiyyəti verilməli idi. Amma bunu da etmədilər. Vurğun bəy də haqlı olaraq Məclisi səlahiyyətsiz orqan adlandırır. Onunla tam razıyam. Məclisin seçdiyi MNTK-a, Divan da səlahiyyətsizdir. Biz burda siyasi yox, hüquqi dava aparırıq. Səlahiyyətsiz orqanın seçdiyi qurumlar necə səlahiyyətli ola bilər?"
H. Məlik MNTK-nın haqsızlığının son həddə çatdığını bildirib: "Əgər Vurğun bəyi çıxarsalar, bu haqsızlığın son həddidir. Belə bir qərarı mən tanımayacam. Bu gün MNTK-nı məhkəmə orqanı edib müsavatçıları cəzalandırırlar. Bu qurum fəaliyyətə başlayandan yalnız "asacam, kəsəcəm, qovacam" deyə qorxu yaratmaqla məşğul olur".