BƏƏ İranı Körfəz ölkələrinə təzminat ödəməyə çağırdı
29 Mart 15:32
29 Mart 15:32
29 Mart 15:22
29 Mart 14:01
21 Dekabr 2020 17:10
3 024
“Məbədi təhqir etmək yolverilməzdir. Hər bir dinin məbədi müqəddəsdir. Biz hər hansı dini məbədin, o cümlədən məscidləri təhqir etməyi yolverilməz hesab edirik. Bununla nifrət toxumları səpilir, dinlər arasında ədavət qızışdırılır, münaqişələr meydana gəlir”.
Bu fikirləri “Report”un Rusiya bürosu ilə söhbətində Rusiya Federasiyasının Müftilər Şurası, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rövşən Abbasov dilə gətirib.
“Dini zəmində baş verən münaqişələrin illərlə, bəzən hətta əsrlərlə davam etdiyini dərk etmək lazımdır. Bu mənada Dağlıq Qarabağdakı məscidlərin təhqir olunmasını qınayırıq. Bu, mənfur və xəbis əməldir. Dini etiqadı, milliyəti nə olursa-olsun, insanlar bu cür təxribatlara uymamalıdır”, - rusiyalı ruhani vurğulayıb.
“Biz Qafqaz Müsəlmanları İdarəsi ilə yaxın əlaqə saxlayırıq, möhtərəm Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə yaxşı münasibətlərimiz var. Aramızda həm də Qarabağdakı son hadisələrlə bağlı yazışmaları saytlarımızdan da görmək olar. Qardaşlıq münasibətlərimizi daim qoruyuruq”, - Rusiya müsəlmanlarının rəsmi nümayəndəsi qeyd edib.
27 Mart 16:52
2 289
27 Mart 11:53
2 499
27 Mart 11:39
2 604