“Ermənilərin Qarabağda nə etdiyini mən çox yaxşı bilirəm” Siyasət

“Ermənilərin Qarabağda nə etdiyini mən çox yaxşı bilirəm”

Xavier Medina Ortiz: “Xocalı qətliamı hər şeyi deyir”

“Barselonadan sizi salamlayıram və 2021-ci ilin Azərbycana uğur gətirməsini arzulayıram. Azərbaycan oxucularına müraciət etmək üçün verdiyiniz fürsətə görə sizə təşəkkür edirəm. Azərbaycan xalqını, onun lideri Prezident İlham Əliyevi Silahlı Qüvvələrini və Dağlıq Qarabağdakı inkaredilməz qələbə münsibətilə təbrik edə bilmək mənim üçün də şərəfdir. Eyni zamanda, həm müharibədən, həm də İspaniyada da ciddi fəsadlar yaradan Covid 19-dan zərər çəkənlərə Allahdan kömək diəyirəm”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində tanınmış ispan vəkil
Xavier Medina Ortiz deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
-Azərbaycanla İspaniya arasında diplomatik münasibətlər çox yaxşıdır. Azərbaycan dost bir ölkədir, Avropa standartları ilə müqayisə edilə bilən hökumət var və hüquqi etibarlılıq səviyyəsinə sahibdir.
Ancaq hesab edirəm ki, iqtisadi, idman və mədəni sahədə əməkdaşlıq əlaqələrinin inkişafı üçün daha çox qarşılıqlı səy göstərilə bilər və göstərilməlidir. İspaniyanın Bakıda səfirliyinin fəaliyyət göstərməsi çox yaxşıdır. Amma hesab edirəm ki, bəzi çatışmazlqların düzəldiləcəyinə inanıram. Görüləsi bir çox iş var, ispan və Kataloniya əhalisi ilə sıx əlaqələr qurulmalıdır.
Çünki Azərbaycan həqiqətlərinin daha çox tanıdılması üçün buna ehtiyac var. Düzdür, Azərbaycanı dəstəkləyən ispanlar var, amma bu istiqamətdə daha çox iş görülməlidir.

- İspanlar Azərbaycanı kifayət qədər tanıyırmı?

Xeyr, bu kompleks bir məsələdir. Orta statistik ispaniyalı ümumiyyətlə İspaniya xaricində baş verənlərə böyük maraq göstərmir. Bütün ölkələrdə olduğu kimi, burada da insanların kifayət qədər problemi və narahatlığı var. Bu səbəbdən də ölkədən kənar hadisələrlə maraqlanmağa o qədər də vaxt yoxdur.
Bu mənada deməliyəm ki, mən, 2017-ci ilin fevral ayında Azərbaycan Cəmiyyətini Barselonada qəbul etdim. Bu barədə Azərtacda bir xəbər yayımlandı.
Eyni zamanda, bütün gücümü, daha doğrusu, Azərbaycanı Barselona və Kataloniyada daha yaxşı tanıtmaq üçün sərf etdim, beləliklə dostlarım və əlaqələrim sayəsində Azərbaycan Cəmiyyətinin açılış xəbərini yerli əhalinin ən çox oxuduğu “La Vanguardia” qəzetində dərc etdim. Bununla yanaşı, Kataloniyada ikinci ən çox oxunan “El Periódico de Catalunya” nəşrində Barselonaya oxumağa gələn gənc azərbaycanlılarla bağlı məqalələrim yer aldı. Bundan başqa Xocsalı qətliamının 25 illiyi və digər məsələlərlə bağlı tədbirlər keçirdik.
Mən vəkiləm, Universitetdə, Barselona Vəkilləri Birliyinin Məktəbində və s. dərs demişəm. Atam və qardaşlarım da vəkildir. Xocalı ilə bağlı anım tədbirinə məhkəmə, Prokurorluq, Vəkillər Birliyi, Barselonadakı iki futbol komandasının rəhbərlərini, jurnalistləri, idmançıları,
o zaman Barselona Futbol Klubunun oyunçusu olan Arda Turanı anım tədbirində çıxış etmək üçün dəvət etdim.
Bundan əlavə, bir vəkil olaraq Barselonadakı bir neçə Konsulluqda, həmçinin siyasi liderlərlə çalışmışam və işləyirəm. Dəvət elədiklərim şəxslərin çoxu Azərbaycanla bağlı təşkil etdiyim tədbirlərə gəldi.
Azərbaycan zəngin bir ölkədir. Dünyanın hər yerindən miqrantlar İspaniyaya gəlir. Onlar yoxsul ölkələrdən iş tapmaq və daha yaxşı bir gələcək axtarmaq üçün bura köçürlər.
Ancaq bu, azərbaycanlılara aid deyil. Azərbaycandan buraya gələnlərin böyük əksəriyyəti magistr təhsili almaq, təhsil səviyyəsini artırmaq üçün gələn gənclərdir. Onlar bir neçə ildən sonra Azərbaycana qayıdırlar.
Onlar ümumiyyətlə İspan və katalon dilində danışmırlar.
Onlar dünyanın hər yerindən gələn gənc tələbələrlə ünsiyyətdə olurlar, ünsiyyəti ingilis dilində qururlar. Amma ispan dilini bilmədən İspaniyanı tanımaq, onun siyasi həyatı barədə məlumatlı olmaq çətindir.
Niyə Barselonadakı Azərbaycan Cəmiyyətinin adı ingilis dilindədir? Niyə ispan və ya katalon dilində deyil? Bu detallar İspan cəmiyyətinə inteqrasiya etməyə kömək etmir. Əgər vəziyyətdə belə davam edərsə ispan cəmiyyətinə təsir edə bilmək çətin olacaq.
Kataloniyada yaşayan azərbaycanlıların sayının da nəzərə alınması lazımdır. Məsələn, rəsmi siyahıyaalmaya görə, Kataloniyada 192 azərbaycanlı var. Çox kiçik bir rəqəmdir. Bunlar da əsasən gənclərdir. Onlar ispan və katalon dilində danışmaqda çətinlik çəkirlər.
Üstəlik daxili siyasətdən, cəmiyyətdən, mədəniyyətdən və adətlərdən xəbərsizdirlər.
Buraya köçən fransızlar, ingilislər, almanlar, italyanlar, hollandlar kimi ortaq adət və ənənələrə sahib olanlar ümumiyyətlə mükəmməl inteqrasiya ediblər.
Digər tərəfdən, daha yaxşı bir gələcək axtarmaq üçün gələn, əsasən Cənubi və Mərkəzi Amerikadan və ya Şimali Afrikadan olan immiqrantlar var və bunlar da çoxdur. Pakistanlılar və çinlilər kimi. Burada artıq anadan olub təhsil alan ikinci nəsillər var. İspaniyada tədris pulsuz və məcburidir və bu təhsil səviyyəsində özünü göstərir.
Bununla yanaşı, özünü daha çox tanıtdırmağa çalışan başqa bir azlıq da var - ermənilər. Artıq burada doğulmuş, katalonca və ispan dilində mükəmməl danışan çox sayda, mütəşəkkil və hətta üçüncü nəsil ermənilərin bir çoxu, hüquqşünaslar, memarlar, jurnalistlər kimi fəaliyyət göstərirlər. Onlar arasında İspaniya üçün zərərli olan millətçi fəaliyyət göstərən çoxsaylı erməni müəyyən edilib. Onlar Kataloniyanın müstəqilliyi üçün də fəaliyyət göstərərək separatçı addım atırlar. Təəssüf ki, bu addım onları Kataloniyada çox populyar etdi. Amma bütövlükdə İspaniyada o qədər də çox deyillər. Bu barədə sonra sizə geniş məlumat verəcəyəm. Hər halda, diqqətimizi Azərbaycana yönəldək. Fikrimcə, hələ çox işlər görülməlidir. Buradakı Azərbaycan cəmiyyətləri ilə daha sız işlər görülməlidir.

- Azərbaycan 44 gün ərzində əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarını işğaldan azad etdi. İspaniyada proseslərin gedişini izləyirdinizmi?

-Azərbaycan etməli olduğunu etdi. Mənim bir vəkil olduğumu unutmayın. Bəli, Azərbaycan, əvvəldən BMT qətnamələrində ifadə olunan qanuni səbəblə dəstəklənir. Bu münaqişələri həll etmək üçün dövlətlərin təyin etdiyi qurumdur. Bundan əlavə, Azərbaycan işləməyən və faydasız ATƏT-in Minsk Qrupuna kifayət qədər səbr göstərdi.
Otuz il müddətndə binlar nə əldə etdilər? Şəxsən mən bilmirəm.
Dövlətlər, mövcud qanunvericiliyə uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etmək və qorumaq üçün güc tətbiqetmə hüququna malikdirlər. Mən sizə bir nümunə gətirəcəyəm.
Aydındır ki, müharibə heç vaxt arzu olunmur. Ancaq otuz illik bir uzun müddətdə sülh əldə olunmadı. Dağlıq Qarabağı və digər əraziləri zorla işğal etməkyə Ermənistanın haqqı çatırdı? Əlbəttə xeyr. Ermənilərin Qarabağda nə etdiyindən artıq bütün dünya məlumatlıdır və mən bunu çox yaxşı bilirəm. Xocalı qətliamı hər şeyi deyir. Lakin, bir şey aydındır. Ermənilər ən azından İspaniyada və xüsusən Kataloniyada öz yalan propoqandasını aparmağa nail olmuşdular...

-Belə olan halda hansı addmlar atılmalıdır?

-Unutmayın ki, illərdir Kataloniyada azərbaycanlılara dəstək olmuşam, səfirliklə əməkdaşlıq etmişəm, məqalələr nəşr etdirib, tədbirlər təşkil etmişəm. Bundan əlavə, Kataloniyada ermənilərin fəaliyyəti barədə gündəlik və konkret məlumatlarım var.
2017-ci ilin sentyabr ayında Kataloniyanın öz müqəddəratını təyinetmə referendumuna təşəbbüs göstərdiyi uğursuz günləri yaşadıq. Separatçıların ermənilərlə qarşılıqlı əlaqəsi olduğu da, o zaman üzə çıxdı. Ermənistanın səfiri Barselonaya, separatçıların qatıldığı təbriə gəlmişdi. Bunu yalnız Azərbaycanı dəstəkləməyimə görə deyil, həm də bir ispan kimi çirkin addım kimi dəyərləndirdim. Mənə elə gəldi ki, İspaniyadakı bir səfirin İspaniyaya qarşı konfransa qatılması ağlasığmaz idi və bir qalmaqala yol açırdı. Buna görə bunu Xocalı ilə bağlı anım tədbirinə atılan İspaniya Hökumətinin Katalonya nümayəndə heyətinə bildirdim. Nəticədə səfirə töhmət verildi və diplomatik missiyasının sonunda İspaniyaya yenidən təyin olunmaması istənildi.
Kataloniyanın parçalanması probleminin və Dağlıq Qarabağ məsələsində ermənilərlə qarşılıqlı dəstəyinə qarşı “Kataloniya ilə Ermənistan arasındakı qəribə və qanunsuz paralel” adlı bir məqalə yazdım. Və bu müxtəlif qəzetlərdə dərc olundu.
Bundan başqa “La Vanguardia” qəzetində 12 və 20 dekabr 2020-ci il tarixlərində Azərbaycan gerçəkliyini özündə əks etdirən iki çox maraqlı məqalə dərc etdi. Xatırladım ki, “La Vanguardia” Kataloniyada ən çox tirajla nəşr olunan və ictimai fikrə çox təsirli bir qəzetdir.

- Necə düşünürsünüz, Azərbaycan cəmiyyətləri təbliğat işində daha çox hansı məsələləri önə çıxarmalıdır?

- Əvvəlcə qeyd edim ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin burada yaşayan azərbaycanlıları bir araya gətirmək rolunu layiqincə yerinə yetirdiyini deyə bilərəm. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi koordinasiyanı müəkkəməl həyata keçirir. Səfirlik isə rəsmi səviyyədə fəaliyyət göstərir.
Ancaq səfirlik Madriddədir. Burada yaşayan azərbaycanlıların isə sayı çox deyil, eyni zamanda onların az bir hissəsi yerli dili bilir. Ermənilər isə mütəşəkkil qaydada fəaliyyət göstərir və media ilə sıx işləyirlər.
Belə olduğu halda onlarla necə mübarizə aparmaq olar? Kataloniyada və İspaniyanın əlavə olaraq bir neçə bölgəsində Azərbaycanın fəxri konsullarının olması vacibdir.
Düşünürəm ki, ermənilərin hazırkı hökumətlərinə qarşı nümayiş etdirdikləri hərəkətlər burada izah edilməlidir. Çünki ermənilər otuz il əvvəl zorla işğal etdikləri bir ərazidə müharibəni davam etdirmək istədilər və məğlub oldular. Belə olduğu halda təcavüzkar Ermənistan olsa da, Azərbaycanın təcavüzkar kimi təqdim olunması necə mümkün olur? Hesab edirəm ki, Ermənistanın işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini talan etməsinin burada daha çox təbliğ etməliyik. Ermənistanın özünün rəsmi məlumatlarına görə, Ermənistanda yaşayan azərbaycanlı olmadığı halda, Azərbaycanda 30 min erməni yaşayır. Dağlıq Qarabağda ermənilərin qovulmadığı, əksinə onların qanunları pozaraq problem yaratması niyə burada çətinliklə təbliğ olunur? Beləliklə, burada veriləcək bir çox sual ortaya çıxır ki, bu sualların aradan qaldırılması üçün təbliğat imkanlarımızı genişləndirməliyik.

- Bütün bunları reallaşdırmaq və çatışmazlıqları aradan qaldırmaq üçün nə etmək lazımdır?

-Düşünürəm ki, siyasətçilərimizlə danışmağa getməliyik. Burada bütün partiyaların liderlərini tanıyıram. Ermənilərin onlara dediklərinin həqiqət olmadığını, əksinə bölücülər olduğunu bilirik. Jurnalistlərlə, müxtəlif media qurumları ilə əlaqəlr qurmalı və inkişaf etdirməliyik.
İspaniyanın transmilli şirkətləri ilə danışmaq, onlara Azərbaycanda mövcud olan investisiya imkanlarını və daha çox Dağlıq Qarabağda olan ehtiyaclarla bağlı məlumat vermək lazımdır. Təəssüf ki, ermənilər təcavüzkar, işğalçı olduğu halda özlərini qurban kimi təqdim edirlər.
Amma düşünürəm ki, artıq dünyada onların kimliyi barədə məlumatlar yayılmağa başlayır. Hesab edirəm ki, təbliğat işində daha ciddi fəliyyət göstərmək və daha ciddi uğurlara imza atmaq lazımdır. Azərbaycanın buna potensialı var.
Prezidenti İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının qətiyyəti, gənclərin fədakarlığı, Silahlı Qüvvələrinin cəsarəti ilə bütövlükdə Azərbaycan xalqı nəyə qadir olduğunu dünyaya sübut etdi. Hesab edirəm ki, bu reallıq İspaniya və Kataloniyada da daha çox təbliğ olunmaldıır... Bir daha mənə tanıdığınız fürsət üçün çox sağ olun. Azərbaycanlı oxucular üçün danışmaq mənim üçün fəxr və şərəfdir.

Əli Zülfüqaroğlu
Elnur Eltürk