Ərdoğan erməniləri qınadı Siyasət

Ərdoğan erməniləri qınadı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada xarici ölkə səfirlərinin 7-ci konfransında "erməni soyqırımı" haqqında danışıb, Ermənistanı başqalarının mövqeyini öz şəxsi nöqteyi-nəzərinə uyğun yozmağa çalışmaqda günahlandırıb.
"Hürriyyət"in yaydığı məlumata görə, o çıxışında deyib: "Ermənistan bu metroda əl ataraq "soyqırım" məsələsinin siyasiləşməsi üçün enerji xərcləməyə üstünlük verir. Mən bilirəm ki, Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ üzərində intensiv işləyir. İnanıram ki, 2015-ci ildə Xarici İşlər Nazirliyi və başqa strukturlar bütün bunların öhdəsindən gələcək." Ərdoğan vurğulayıb ki, Türkiyənin mesajlarına, atdığı addımlara və təşəbbüslərə Ermənistan tərəfindən reaksiya verilmir. Türkiyə prezidentinin bu mövqeyi erməniləri əsəbləşdirib. Onlar yazıblar ki, onun başçılığı ilə türk dövləti "erməni soyqırımı" faktını inkar edir. Türkiyə tərəfi "soyqırım" faktının tanınmasından qaçmaq üçün daha çox müasir metodlara əl atır. Məsələn, Ərdoğanın "ümumi ağrı" haqqında tezisini xatırlatmaq kifayətdir. Son zamanlar şişirdilən bu tezisin mahiyyətinə əsasən, Türkiyə rəsmi dairələri etiraf edirlər ki, 20-ci əsrin başlanğıcında ermənilər məhrumiyyətlə üzləşiblər, ancaq bunu "soyqırım" adlandırmırlar. Ermənilərin itkilərini türklərin itkiləri ilə eyniləşdirməyə çalışırlar. Türklər bunu Birinci Dünya müharibəsi çərçivəsində baş verən hadisə, "ümumi ağrı" adlandırır və beləliklə, "soyqırım" faktını inkar edirlər.

Əli