“Beynəlxalq tədbirlərin boykot edilməsinin əleyhinəyəm” Siyasət

“Beynəlxalq tədbirlərin boykot edilməsinin əleyhinəyəm”

Səxavət Əlisoy: "AXCP və Müsavat bəlli bir kəsimin maraqlarından çıxış edir"

"Azərbaycan dövləti tərəfindən təşkil olunan bəzi beynəlxalq tədbirlərin boykot edilməsinin əleyhinəyəm". Bunu Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy AXCP və Müsavat Partiyalarının bu il ölkəmizdə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarını boykot etməsi ilə bağlı çağırışlarına münasibət bildirərkən deyib. Keçmiş partiya funksionerinin sözlərinə görə, AXCP və Müsavat bu gün müəyyən bəlli bir kəsimin maraqlarından çıxış edir: "Azərbaycanda 9 milyona yaxın insan yaşayır və birinci Avropa Olimpiya Oyunlarının da ölkəmizdə keçirilməsi tarixi hadisədir. Bu mənada hesab edirəm ki, həmin beynəlxalq tədbirdə boykot metodunun seçilməsi düzgün addım deyil. Mən hələ Müsavat Partiyasında təmsil olunanda Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsinin də boykot edilməsi məsələsi ortalığa atılmışdı. Ümumiyyətlə bu tip məsələlər müxalifətə başucalığı gətirmir. Nəticədə qazanan olmur. Belə olan təqdirdə isə həmin aksiyanın elan olunmasının heç bir əhəmiyyəti olmayacaq. Çünki bu, beynəlxalq tədbirdir və Azərbaycanda da təşkil olunacaq. İqtidara qarşı hər hansı iradı olan adam bu üsulla deyil, əkinə intellektual dəyirmi masa təşkil edərək öz fikirlərini çatdıra bilər".

Əli