Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb Siyasət

Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana işgüzar səfəri çərçivəsində Slovakiya Respublikasının xarici işlər naziri İvan Korçok ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb.

Nazir İvan Korçok Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüşü məmnunluqla qeyd edib. Ölkələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinin prinsiplərə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhdidi, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd şəkildə mina xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etməsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verdi.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.