Əgər bu yayı normal keçirmək istəyiriksə .... - AÇIQLAMA Siyasət

Əgər bu yayı normal keçirmək istəyiriksə .... - AÇIQLAMA

Qarşıdan insanların hər il səbrsizliklə gözlədiyi yay fəsli gəlir. Ölkə daxili və ölkə xarici turizm məkanları, çimərliklər yay fəslində insanların ən çox üz tutduğu yerlərdir. Lakin əfsuslar olsun ki, ötən il pandemiya yay fəslini normal qaydada keçirməyə imkan vermədi, çimərliklərə məhdudiyyətlər tətbiq edildi, ölkə xarici turizm demək olar ki, mümkünsüz oldu, daxili turizm isə yenə də məhdudiyyətlərlə müşayiət olundu. Bu yayın da normal keçəcəyi şübhə altındadır, hazırki rəqəmlər yay haqqında optimist düşünməyə imkan vermir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova bildirib ki, bu yayın ötən yaya nisbətən daha rahat keçirilməsi hər bir insandan asılıdır:

“Əlbəttə ki, istirahət etmək, açıq havada gəzmək, günəş şüası qəbul etmək insan sağlamlığı üçün olduqca faydalıdır. Ancaq əfsuslar olsun ki, ötən yay pandemiya bu imkanlardan geniş istifadəyə imkan vermədi. Lakin bu yay əgər istəsək biz bu imkandan istifadə edə bilərik. Belə ki, virusun azalması bizim hər birimizdən asılıdır. Yəni virusun azalmasında həmrəylik göstərməliyik.

Bunun üçün hesab edirəm ki, Azərbaycanda vaksinləşmənin sürtlə başa çatması üçün əhali həmrəylik göstərməlidir çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir. Məlumdur ki, Azərbaycanda vaksin çatışmazlığı yoxdur, ölkədə kifayət qədər vaksin var və daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur. Lakin əsas məsələ insanların vaksinə maraq göstərək bu prosesdə aktiv iştirak etməsidir. Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa yay mövsümündən faydalana bilərik, yəni yay mövsümünü yaxşı keçirmək üçün indidən tədbirli olmalıyıq”.

Deputat bildirib ki, vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etmək zəruridir:

“Təbii ki, insanların ölkə daxilində sərbəst hərəkətinə, o cümlədən istirahət mərkəzlərinə, çimərliklərə getməsinə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərərgah tərəfindən veriləcək. Ancaq biz özümüzü yay mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik.

Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa, yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə yay mövsümündən faydalana bilərik.
Yəni yoluxmanın azalması özümüzdən asılıdır. Biz nə qədər çox qaydalara riayət etsək, vaksinasiya prosesində aktiv iştirak etsək o qədər tez uğurlu sonluğa çata bilərik”.

Twitter: @ElchinMehdiyev